Modern.az

Moldavanlar jurnalistləri Azərbaycan dilində salamladılar

Moldavanlar jurnalistləri Azərbaycan dilində salamladılar

6 Aprel 2011, 15:25

“Eurovision-2011”in Moldova təmsilçisi “Zdob şi Zdub” qrupu tanıtım çərçivəsində Azərbaycana gəlib. Bu gün İctimai Televizyada mətbuat nümayəndələri ilə görüşən “Zdob şio Zdub” qrupunun nümayəndələri ilk olaraq jurnalistləri Azərbaycan dilində salamlayıblar. Bundan sonra, onlar tanıtım proqramı çərçivəsində Türkiyə, Rusiya və Baltikyanı ölkələrdə olacaqlarını bildiriblər.

Təmsilçilər “Eurovison-2011”də “So lucky” mahnısı uğur qazanacalqarına inandıqlarını qeyd ediblər. Bakıda ilk dəfə olduqlarını deyən qrup üzvləri bu şəhərin onlara müsbət təsir bağışladığını söyləyiblər.

Qeyd edək ki, “Zdob şi Zdub” qrupu Moldovanı ikinci yarımfinalda 8-ci yerdə çıxış etməklə təmsil edəcəklər.

Sədaqət SÜLEYMANOVA

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi