Modern.az

Yeni zərərsiz ağrıkəsicilər yaradılıb

Yeni zərərsiz ağrıkəsicilər yaradılıb

6 Mart 2017, 21:03

Almaniyalı elm adamları təhlükəli təsirləri olan ağrıkəsicilərə alternativ olaraq zərərsiz ağrıkəsici dərmanlar yaradıblar. Modern.az "Report"a istinadən xəbər verir ki, Berlinin Şarite Universitet Xəstəxanasında elm adamlarnın icad etdiyi yeni ağrıkəsisi sağlam toxumalar üzərində məhvedici təsir göstərməyəcək.

Alimlər bildiriblər ki, bu dərman cərrahi əməliyyat sonrası, xərcəng xəstəliyi zamanı istifadə olunan dərmanlar kimi mənfi təsirləri olmayacaq və sadəcə ağrı olan toxumalara təsir göstərəcək. Digər tərəfdən yeni tapıntı yalnız zərərsiz ağrıkəsici dərmanların istehsalı ilə çərçivəli qalmayacaq. Digər dərmanların da istehsalının önünü açacaq.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?