Modern.az

Vüsalə Mahirqızı: “3 nəfəri işdən çıxarmışam, 10 nəfər yeni işçi götürmüşəm”

Vüsalə Mahirqızı: “3 nəfəri işdən çıxarmışam, 10 nəfər yeni işçi götürmüşəm”

6 Aprel 2011, 15:35

“Azəri-Press” Agentliyinin (APA) əməkdaşları - texniki direktor Seymur İsmayılov, beynəlxalq şöbənin əməkdaşı Laçın Sultanova və fars dili şöbəsinin mütəxəssisi Süleyman Fərzəliyev işdən çıxıblar. Onların agentliyi tərk etməsinə əsas səbəb kimi maaş məsələsi göstərilir.

Amma Modern.az saytına açıqlamasında APA-nın baş direktoru Vüsalə Mahirqızı məlumatın bu şəkldə yayılmasının doğru olmadığını deyib: “Düzdür, bizim APA qrup-dan çıxarılanlar var. Ancaq bu, deyildiyi kimi kütləvi deyil. Özü də 3 deyil, 4 nəfər işdən çıxıb.

APA qrup-a daxil olan “Lent.az” portalının əməkdaşı Elxan Salahov özü işdən ayrılıb və dövlət idarəsində işləməyə gedib. Texniki direktor Seymur İsmayılovun nöqsanları olduğu üçün onunla müqaviləni bitirmişik. Beynəlxalq şöbənin əməkdaşı Laçın Sultanovanın işi məni qane etmədiyi üçün onunla işləməkdən imtina  etmişik”.

APA-nın fars dili şöbənin mütəxəssisi Süleyman Fərzəliyevin isə işdən ayrılmasına səbəb kimi Vüsalə Mahirqızı həmin  redaksiyanın bağlandığını göstərib: “Ancaq onunla əməkdaşlığımıza son verməmişik. Sifarişlərimizi yerinə yetirir və qonarar əsasında bizimlə əməkdaşlıq edir”.

Baş direktor işçilərin qalmaqallı şəkildə işdən çıxması ilə bağlı informasiyaların şişirdilməsində maraqlı insanların olduğunu bildirib: “Şirkətdən 3 nəfərin çıxarılması kütləvi hadisə deyil. İndi bizdə yeni layihə var, Kulis.az saytı açılıb. İşləmək üçün kütləvi şəkildə müraciət edənlər var. Onlardan 10 nəfərini işə götürmüşük. İndi götürüb deyək ki, bizə kütləvi axın var...? Yalnız onu deyə bilərik ki, bizdə işdən çıxanlardan 3 dəfə çox  işə qəbul olunanlar var”

Aytən ƏLIYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir