Modern.az

Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlıların sayı AÇIQLANDI 

Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlıların sayı AÇIQLANDI 

6 Mart 2017, 23:09

Rusiya Statistika Xidməti 2016-cı ildə ölkə vətəndaşlığını qəbul edən əcnəbilərin siyahısını hazırlayıb. 



Modern.az xəbər verir ki, açıqlanan statistik informasiyaya əsasən, 265 319 əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. 

 


Onların 3,7% yaxud 9 885 nəfəri Azərbaycan vətəndaşı olublar. Bu göstərici ilə azərbaycanlılar 8-ci pillədə qərarlaşıblar. 


Ən çox Rusiya vətəndaşlığını qəbul edən əcnəbilər arasında Ukrayna (100 696), Qazaxıstan (37 837), Özbəkistan (23 216), Tacikistan (23 012), Ermənistan (22 264), Moldova (17 397), vətəındaşlığı olmayan şəxslər (11 042), Azərbaycan (9 885), Qırğızıstan (9 315), Belarus (3 582) vətəndaşları təşkil edir. 


Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir