Modern.az

Azərbaycan İslam Partiyası: “Mitinq üçün yer göstərmək fikrimiz yoxdur”

Azərbaycan İslam Partiyası: “Mitinq üçün yer göstərmək fikrimiz yoxdur”

Təhsil

6 Aprel 2011, 15:44

İslamçlar “Qarabağ” şüarı ilə etiraz aksiyasını keçirmək üçün yenidən şəhər rəhbərliyinə müracət edəcək

“Bakı şəhəri İcra Hakimiyyəti bizim təklifimizi qəbul etməsə də, biz təkrar müraciət edəcəyik”. Bu barədə Azərbaycan İslam Partiyasının (AİP) mətbuat xidmətinin rəhbəri Akif Əlizadə partiyanın mitinqlə bağlı müraciətinə şəhər rəhbərliyinin cavabını Modern.az saytına şərh edərkən bildirib. O, qeyd edib ki, AİP-in Azadlıq meydanında mitinq keçirmək üçün Bakı şəhəri İcra Hakimiyyətinə etdiyi müraciət qəbul edilməsə də, onlar mitinq keçirmək üçün təkrar müraciət edəcəklər.

“Biz müraciətimizdə mitinqin Azadlıq meydanında keçirilməsi ilə yanaşı, alternativ yerlərin göstərilməsi təqdirdə bu yerlərdən imtina etməyəcəyimizi də bildirmişdik. Amma, əfsuslar olsun ki, BŞİH-in cavabda bizə heç bir alternativ yer təklif olunmayıb. Onlar birmənalı olaraq Azadlıq meydanında mitinq keçirilməsini məqsədə uyğun hesab etməyiblər. Biz cavabı dünən almışıq. Sözün düzü hələ müzakirə etməmişik. Biz bu məsələni müzakirə edəcəyik ki, çünki burda Qarabağ problemi əsas şüar kimi verilmişdi”.

Partiya rəsmisi qeyd edib ki, növbəti müraciətdə mitinq üçün xüsusi yer göstərilməyəcək.

“Əlbəttə, biz bu cavabı müzakirə etdikdən sonra təkrar müraciətlər edəcəyik. Bunun mahiyyətini aydınlaşdıracağıq. Niyə icazə verilməyib? Partiya səviyyəsində biz bu kimi məsələləri müzakirə edəcəyik. Bizim təkrar müraciətimiz olacaq. Təkrar müraciətdə artıq biz konkret yer göstərməyəcəyik. Onların təklif edəcəyi yerdə biz mitinqimizi keçirməyə razı olacağımızı bildirəcəyik”.

A.Əlizadə vurğulayıb ki, AİP-in planlaşdırdığı mitinqin əsas şüarı Qarabağla bağlı olacaq.

“Azərbaycan İslam Partiyası bu məsələdə həmişə eyni mövqeyində dayanıb. Bilirsiniz, bu məsələdə beynəlxalq təşkilatların ikili standartları, eyni zamanda Azərbaycana və Azərbaycan rəhbərliyinə təzyiq durur. Biz bunlara öz münasibətimizi açıqlayacağıq. Sərbəst toplaşmaq haqqında qanuna əsasən rayonlarda kütləvi aksiyalar üçün müəyyən yerlər ayrılıb. Bakı şəhəri İcra Hakimiyyətinin yerlə bağlı edəcəyi hər hansı təklif bizim üçün qəbul edilən olacaq. Biz yer təklif etməyəcəyik”-deyə mətbuat katibi əlavə edib.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!