Modern.az

Türkiyə suriyalı pilotu təhvil verməyəcək  

Türkiyə suriyalı pilotu təhvil verməyəcək   

Dünya

7 Mart 2017, 00:43

Türkiyə Baş naziri Binəli Yıldırım Suriya qırıcısının pilotu ilə bağlı verilən qərarı şərh edib. Modern.az  Türkiyə mediasına istinadən xəbər verir ki, 2 gün əvvəl Hatay sərhədində Əhrar əş-Şam qruplaşması tərəfindən vurulan təyyarənin pilotunu ailəsinin ziyarətinə icazə veriləcək.

Baş nazir bildirib ki, pilotun müalicəsi davam edir: "Onun ölkəsinə təhvil verilməsi məsələsi hələ ki, gündəmdə deyil. Mənəvi məsələdir. Pilot ailəsinin ziyarətinə icazə verəcəyik. İnsani münasibət bizim dəyərlərimizdə var".

Qeyd edək ki, 2 gün əvvəl terrorçular tərəfindən vurulan Suriya qırıcısının 56 yaşlı pilotu Məmməd Sufhanın fəqərə sümüyündə sınıq olduğu, ayaqları və üzündə yaraların olduğu bildirilir.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir