Modern.az

Təhsil ekspertindən ETİRAZ: Bu qiymətə imtahan olmaz!”

Təhsil ekspertindən ETİRAZ: “Bu qiymətə imtahan olmaz!”

Təhsil

7 Mart 2017, 11:48

Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinin müraciəti və təkliflərini nəzərə alaraq Azərbaycanda qəbul imtahanlarında iştiraka görə ödənişləri müəyyənləşdirib. Qiymət imyahanın növündən asılı olaraq 10-100 manat arasında dəyişir.

Modern.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov ödənişlərin məbğləğinin fantastik olduğunu bildirib. O, deyib ki, Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi imtahan qiymətləri hələ ƏDV xaric qiymətdir:


“Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi imtahan qiymətləri əvvəl dediyim kimi, fantastik oldu. 
Sadə dildə desək: abituriyent 1 dəfə imtahanda iştiraka görə - kollecə qəbul üçün 20 manat, bakalavr pilləsinə qəbul üçün 40 manat, magistratura pilləsinə qəbul üçün 60 manat, rezidenturaya qəbul üçün 100 manat iştirakçı pul ödəməlidir.
Bu insanları kütləvi şəkildə təhsildən məhrum etmə ilə nəticələnəcək. 
Bəlkə də 2 il sonra kurikulum ilə keçiriləcək imtahanlar üçün bu məbləğ başa düşülən ola bilərdi, amma indi Dövlət İmtahan Mərkəziəvvəldən bazasında olduğu suallarla imtahan keçirəcəksə, bu qədər böyük məbləğ olmamalı idi. 
Bəli, bu qazanc əldə etməkdir. Halbuki, bunu inkar edirdilər.
Bu qiymətə imtahan olmaz. İnsanlar kütləvi şəkildə xarici ölkələrdə təhsil almağa gedəcək. Təhsil əlçatan olmalıdır. 
Heç bir ölkənin öz daxilində ali məktəblərə qəbul imtahanları bu qiymətə deyil. Xaricdən qəbul istisna olmaqla.
Düşünürəm ki, Tarif Şurası qiymətlərə yenidən baxmalıdır və 50 faiz ucuzlaşdırmalıdır”.


Kamran Əsədov deyir ki, imtahan iştirakçıları imtahanda iştirak etmək üçün ödəmə kartı əldə etmək məqsədilə müvafiq mobil operatorların sms nömrələrinə boş sms göndərib bunu yerinə yetirəcəklər ki, bu məbləğ də müəyyən edilmiş imtahan qiymətlərinə daxil deyil.

"Deməli bu da qiyməti artıran hallardır. Bir də abituriyent nəticələri öyrənmək üçün yenə də müvafiq sms nömrələrə imtahanda iştirak edən sms yollayacaq ki, imtahan qiymətlərinə baxsaq bu da kiçik məbləğ olmayacaq. Deməli, müəyyən edilmiş imtahan qiymətləri son rəqəm deyil. Hələ buna qeyd etdiyim xidmət haqları da əlavə olunacaq”.


Təhsil eksperti deyib ki, DİM-in (TQDK) müəyyən etdiyi 20 -100 manat imtahan qiyməti hələ ƏDV xaric qiymətdir. ƏDV daxil olmaqla bu qiymətlər azı 40 faiz artır.

Beləliklə ƏDV tətbiqindən sonra qiymətlər aşağıdaki kimi olacaq:
 

20 manat olan imtahan ƏDV ilə 23.6 azn

40 manat olan imtahan ƏDV ilə 47.2 azn

50 manat olan imtahan ƏDV ilə 59 azn

60 manat olan imtahan ƏDV ilə 70.8 azn

100 manat olan imtahan isə ƏDV ilə 118 azn.

 


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub