Modern.az

“Mətanət bacı”nın 77 yaşı tamam olub (FOTOLAR)

 “Mətanət bacı”nın 77 yaşı tamam olub (FOTOLAR)

6 Aprel 2011, 16:07

Tamara Kokova çoxdandır filmlərə çəkilmir

Hər dəfə televiziyada “Bir qalanın sirri” nağıl filmi nümayiş olunanda ağıllı və cəsarətli Mətanət barədə bilmək istəyrsən. Uşaq filmləri içərisində ən uğurlu ekran işlərindən biri sayılan bu əsər artıq 50 ildən çoxdur ki, maraqla izlənilir. Film qəhrəmanlarının ayrı-ayrı ifadələri isə çoxdandır ki, xalq arasında işlədilən replikalara çevrilib.

1958-ci ildə görkəmli Azərbaycan kinorejissoru Əlisəttar Atakişiyev tərəfindən çəkilmiş bu uşaq filmi hamı üçün həm də onları öz uşaqlığına aparan bir sehirli nağıldır.

Modern.az “Bir qalanın sirri” filmində Mətanət obrazını yaratmış Tamara Kokovanın həyat və yaradıcılığı barədə məlumatları oxuculara təqdim edir.

Film ekranlara çıxandan sonra Mətanət obrazı azərbaycanlı uşaqların ən sevimli qəhrəmanına çevrildi. Məhz bu filmdən sonra “Mətanət” adı Azərbaycanda sürətlə populyarlaşdı. 

RSFSR-in əməkdar artisti Tamara Akaşevna Kokova 15 mart 1934-cü ildə Nalçikdə anadan olub. Milliyətcə osetin olan bu aktrisa 1958-ci ildə Lunaçarski adına Dövlət Teatr İnstitunu bitirib. 1959-cu ildən “Gürcüfilm”in aktrisası işləyib. 1971-ci ildən RSFSR-in əməkdar artisti adına layiq görülüb.

“Fatimə” filmində oynadığı baş rola görə, Ümumitifaq Kinofestivalının prizini alıb. Tamara Kokova avtomobil qəzasına düşdükdən sonra aldığı zədələr üzündən sonralar filmlərə çəkilməyib. Bir neçə dəfə əməliyyat olunsa da, bu, Kokovanın çəkiliş meydanına qayıtmasına imkan verməyib.

Bu ilin mart ayında 77 yaşını qeyd edən Tamara Kokova Moskvada yaşayır.

 

 

 

 


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi