Modern.az

Ərdoğan Putinlə Qarabağı müzakirə edəcək

Ərdoğan Putinlə Qarabağı müzakirə edəcək

Dünya

7 Mart 2017, 13:45

Martın 10-da Rusiyaya səfər edəcək Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsini də müzakirə edəcək.  

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Kremlin mətbuat xidmətindən verilən açıqlamada əsas diqqətin beynəlxalq terrorizmlə mübarizə və regional problemlərin həllinə yönələcəyi bildirilir.

 

“Regional problemlərin aktiv müzakirəsi gözlənilir. Ilk növbədə Suriya münaqişəsinin həlli və beynəlxalq terrorizmlə mübarizə perspektivləri əsas müzakirə mövzusu olacaq”.

 

Bundan başqa, Putin və Ərdoğan iki ölkənin Ali Əməkdaşlıq Şurasının 6-cı iclasında iştirak edəcəklər.

 

Vüqar İSMAYILOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir