Modern.az

İŞİD qruplaşmasında partlayış törətmiş terrorçular

İŞİD qruplaşmasında partlayış törətmiş terrorçular

Dünya

7 Mart 2017, 20:13

Terrorçu İŞİD qruplaşmasınında partlayış törətmiş terrorçu-kamikadzelər siyahısına Tacikistandan olanlar başçılıq edir. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə baş ofisi Niderlanda yerləşən Beynəlxalq Terrorçuğula qarşı Mübarizə Mərkəzinin hesabatında bildirilib.

Belə ki, 2015-ci ilin dekabrından 2016-cı il noyabrın 30-dək Suriya və İraqda törədilən terror hadisəsində Tacikistanın 27 vətəndaşı özünü partladıb.

Səudiyyə Ərəbistanının 17, Mərakeşin 17, Tunisin 14, Rusiyanın 13, Misirin, 11, Fələstinin 9, Çinin 7, İranın 7, Özbəkistanın 4, Türkiyə 4, Qazaxıstan və Əfaqnıstanın isə hər birinin iki vətəndaşı özünü partladaraq terror törədib.

Hesabata görə, İŞİD qruplaşmasının üzvü olan terrorçu-kamikadzelər hadisələrin 70 faizini avtomobillə əhalinin sıx olduğu yerdə törədiblər. Onların hücumlarının 84 faizi həbrçilərə, 16 faizi isə mülki sakinlərə qarşı olub.

Tacikistan hüquq-mühafizə orqanlarının məlumatına əsasən, son illər Suriya və İraqdakı döyüşlərdə iştirak etmək üçün ölkənin min yüz vətəndaşı gedib.

 

 

Modern.az

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir