Modern.az

Rusiya İrandan neft alacaq

Rusiya İrandan neft alacaq

Dünya

7 Mart 2017, 20:57

"İran ilə imzalanmış ikitərəfli sazişə əsasən Rusiya bu ölkədən sutkada 100 min barrel, ildə 5 milyon ton neft ala bilər". Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak açıqlama verib.

Aleksandr Novak bildirib ki, bu sxemin reallaşması üçün mexanizm razılaşdırılmalıdır.

Qeyd edək ki, fevralda İranın ISNA agentliyi məlumat yaymışdı ki, Rusiya İrandan gün ərzində alacağı 100 min barrel neftin əvəzini yarı nağd pul, yarı mal və xidmətlərlə ödəyəcək.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir