Modern.az

“İtkilər var, sülh müqaviləsi bağlayın” – Ermənistanda TƏLAŞ  

“İtkilər var, sülh müqaviləsi bağlayın” – Ermənistanda TƏLAŞ   

Qarabağ

7 Mart 2017, 23:43

Ermənistanda hər il insan resursu 100 min nəfər azalır. Modern.az saytının məlumatına görə, bunu Ermənistan parlamentindəki Erməni Milli Konqresi fraksiyasının katibi Aram Manukyan deyib.

 

O, Ermənistan ordusunun 1994-cü ildən bu günə qədər 2 mindən çox itki verdiyini açıqlayıb.

Siyasətçi bildirib ki, Ermənistan vətəndaşları artıq orduda xidmət etmək istəmirlər.

 

“Valideynlər istəmir ki, onların övladları hərbi xidmətə getsin. Gənclər özü də istəmir. Ermənistandan kənarda minlərlə oğlan gəlib orduda xidmət etməlidir, amma onlara icazə vermirlər”-deyə o Manukyan əlavə edib.

 

O, Ermənistanın Azərbaycanla sülh bağlamaqdan başqa çarəsi olmadığına da işarə edib.

 

“Biz hakimiyyətə deyirik ki, sülh müqaviləsi bağlayın. Əgər bacarmırsınızsa, öz yerinizi bizə güzəşt edin. Biz xalqı sülhə aparacağıq”.

 

Aqşin KƏRİMOV 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir