Modern.az

Dünyanın ən bahalı 10 obyekti – Kosmik stansiya, yeraltı tunel, aviadaşıyıcı … - SİYAHI+FOTOLAR

Dünyanın ən bahalı 10 obyekti – Kosmik stansiya, yeraltı tunel, aviadaşıyıcı … - SİYAHI+FOTOLAR

Dünya

7 Mart 2017, 23:59

Müasir dövrdə çoxmilyardlı infrastruktur obyektlərinin inşası geniş yayılıb. Belə çoxmilyardlı obyektlər insan təxəyyülü üçün əlçatmaz möhtəşəmliyə və rəngarəngliyə malikdir.

 

 

İllər keçdikcə, mühəndis və tikinti texnologiyaları dəyişdikcə belə möhtəşəm tikililərin sayı artmaqda davam edir. Onların texniki parametrləri, ekologiyaya təsiri və s. ən xırda məqamlarına qədər hesablanır.

 

 

 

Modern.az dünya tarixinin ən bahalı obyektlərini təqdim edir.

 

 

Beynəlxalq Kosmik Stansiya – 157 milyard dollar. 2011-ci ildə istifadəyə verilən orbital stansiya kosmosun tədqiq olunması ilə məşğul olur. Layihə Rusiya və ABŞ-ın da daxil olduğu 14 ölkə tərəfindən həyata keçirilib.

 

 

Sibir Gücü qaz kəməri – 70 milyard dollar. Tikintisi 2014-cü ildə başlayan magistral qaz kəməri Rusiyadan Çinə qaz ixrac etmək üçün inşa olunur. 2019-cu ilə Çinə rus qazını çatdıracaq kəmər 4 min kilometrdən artıq uzunluğa malikdir və Yakutiyanın Çyadan yatağından Çin sərhəddinə qədər uzanır.

 

 

İtaypu Su Elektrik Stansiyası – 27 milyard dollar. Dünyanın ən böyük su anbarı və 2-ci ən böyük Su Elektrik Stansiyası hesab olunur. İtaypu Braziliya və Paraqvayın sərhəddində yerləşən eyniadlı çayın adından götürülüb. İtaypu SES-i 1984-2007-ci illərdə inşa olunub.

 

 

Üç Dərə Su Elektrik Stansiyası - 25 milyard dollar. Dünyanın ən çox elektrik enerjisi istehsal edən Su Elektrik Stansiyası sayılır. Üç Dərə SES-i Yantszı çayının üzərində yerləşir. Onun tikintisi üçün 1,3 milyon insan yaşadıqları ərazidən köçürülmüşdü. Üç Dərə SES-i 1992-2011-ci illərdə inşa olunub.

 

 

 

Beynəlxalq Eksperimental Termonüvə Reaktoru - 19 milyard dollar. Fransanın cənubunda yerləşən Kadaraş şəhərində inşa olunan Termonüvə Reaktoru texniki və fiziki problemlərin həllində aktiv istifadə olunur. Reaktorun tikintisində Avropa Birliyi, Rusiya, ABŞ, Yaponiya, Qazaxıstan, Çin və Hindistan birgə qatılıb.

 

 

Böyük Boston Tuneli – 14,6 milyard dollar. ABŞ tarixinin ən bahalı tikintisi 8 zolaqlı magistral tunellə bağlıdır. 1989-cu ildə başladılan tikinti işləri 2007-ci ildə tam başa çatıb. Ceyms Körfəzi Layihəsi – 13,8 milyard dollar. Kanadanın Kvebek vilayətində inşa olunmuş 16 min meqavatlıq hidroelektrik stansiyası ölkədə ən bahalı obyekt hesab olunur. Onun inşası uzaq 1972-ci ilkdə başa çatıb və 8 SES-i birləşdirir.

 

 

Qotard Bazis Tuneli - 10,5 milyard dollar. İsveçrədə 57,1 kilometr uzunluğunda dəmiryolu tunelidir və bu göstəriciyə görə dünyada ilk pillədədir. 1993-cü ildə başlayan tikinti işləri yalnız 2016-cı ildə başa çatıb.

 

 

Cerald Ford aviadaşıyıcısı – 8,1 milyard dollar. ABŞ Hərbi Dəniz Donanmasının yeni nəsil nüvə aviadaşıyıcısıdır. 2009-cu ildən tikintisi başladılan aviadaşıyıcı bu ilin sonunda isitfadəyə veriləcək. 2700 nəfərlik şəxsi heyətə malik olacaq aviadaşıyıcı eyni zamanda 75 təyyarə və helikopteri üzərində yerləşdirə biləcək.

 

 

Olkiluoto Atom Elektrik Stansiyası – 7,5 milyard dollar. Finlandiyanın qərbində inşa olunan AES 1974-cü ildən inşa olunur. İlk 2 reaktoru istifadəyə verilən AES-in son reaktorunun 2020-ciu ildə istifadəsi nəzərdə tutulub. AES Finlandiyanın elektrik enerjisinə olan ehtiyacının əsas hissəsini ödəyir.

 

 

 

Vüqar İSMAYILOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir