Modern.az

Fransada Novruz bayramı keçirilib - FOTOLAR

Fransada Novruz bayramı keçirilib - FOTOLAR

Aktual

8 Mart 2017, 08:49

Ruayan şəhər meriyasının və Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin və Paris Azərbaycan Evinin dəstəyi ilə Novruz bayramı münasibətilə silsilə tədbirlər Ruayan şəhərində davam etdirilib.

 

Şəhərin meri Didiye Kantən Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov, Azərbaycanın Dostları Assosiyasiyasınin prezidenti, Fransa parlamentinin üzvü,  Jan-Fransua Mansel və Paris Azərbycan Evinin rəhbəri, Azərbaycanın Dostları Assosiyasiyasınin baş katibi Mirvari Fətəliyevanı şəhər meriyasında rəsmi qəbul  edib. 


Modern.az-ın məlumatına görə, səfir Elçin Əmirbəyov Azərbaycanın Fransa ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edərək ölkəmizin mədəniyyətinə göstərilən diqqət üçün bütün meriya əməkdaşlarına təşəkkür edib.  O, həmçinin Fransanın müxtəlif şəhərləri ilə dostluq və qardaşlıq sazişlərinin imzalandığını qeyd edib, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk qrupunun üzvu olan Fransanın rolundan danışıb.

Daha sonra Ruayan şəhərinin Konqreslər Sarayında Azərbaycanda turizmə aid film nümayiş etdirilib. 

Tədbiri açan mer D. Kantən Azərbaycan nümayəndə heyətini Ruayanda görməkdən şad olduğunu qeyd edib və hər iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin inkişafından danışıb.

J.F Mansel Azərbaycanın Dostalrı Assosiyasiyasının fəaliyyəti, Azərbaycanın tanıdılması üçün Fransanın müxtəlif regionlarında hər il bu kimi silsilə tədbirlərin uğurundan, eləcə də assosiyasiyanın Azərbaycanı kəşf etmək üçün fransızlar uçun təşkil etdiyi səyahətlərdən bəhs edib.

Səfir Elçin Əmirbəyov isə Novruz bayramı haqqında məlumat verib və  bildirib ki bu bayram Azərbaycanlılar üçün mühüm əhəmiyyət kəsb edir. Birgə yaşayışı, sülhü təbliğ edən Novruz bayramı həm də 2010-cu ildən etibarən BMT tərəfindən beynəlxalq bayram elan edilib. Səfir daha sonra Azərbaycanda multikulturalizm barədə məlumat verib. 

Tədbirin sonunda xalq artisti Yusif Qasimovun rəhbərlik etdiyi “Bakı ulduzları” rəqs ansamblı konsert proqramı ilə çıxış edibr. Azərbaycan rəqslərini 400 dən çox tamaşaçı böyük maraqla izləyib. 

 

 

 

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır