27 aprel 2017, Cümə axşamı
Ana Səhifə - MƏDƏNİYYƏT - 8 Mart hansı ölkədə necə qeyd edilir? - MARAQLI
8 Mart hansı ölkədə necə qeyd edilir? - MARAQLI
08.03.2017, 09:46

8 mart qadınlar bayramının tarixi Amerika Birləşmiş Ştatları ilə bağlıdır. Belə ki, 1857-ci ilin martın 8-də Nyu-Yorkda tikiş fabrikində çalışan qadınlar boş qazan götürərək küçələrə çıxıb etiraz aksiyası keçiriblər. Onların əsas tələbi 16 saatlıq iş gününün azaldılması, əmək haqqının artırılması, iş şəraitinin yaxşılaşdırılması olub. Digər mənbələrdə bu hadisə öz təsdiqini tapmasa da, dünya ölkələri 8 mart gününü qadınlar bayramı kimi qeyd edir.

Modern.az-ın məlumatına görə, Fransada 8 mart qadınlar günü bir o qədər də dəbdəbəli şəkildə qeyd olunmur. Fransızların xanımlarla bağlı əsas bayramı martın 7-də keçirilir. "Nənələr bayramı" adlandırılan bu gündə bəylər öz xanımlarını hədiyyələrlə sevindirirlər.

İsveçdə qadınlar bayramı günündə xanımlara bəxş olunan əsas hədiyyə gül və yaylıqdır. Məhz 8 mart günündə bu hədiyyələrdən əldə olunan gəlir ölkədəki çoxuşaqlı anaların hesabına köçürülür.

İtaliyada xanımlar öz bayramlarını xüsusi təntənə ilə keçirirlər. Belə ki, italiyalı xanımlar 8 mart günü axşama qədər kişiləri özlərinə yaxın buraxmırlar. Onlar müxtəlif əyləncə məkanlarında yaxşıca istirahət etdikdən sonra axşam əsasən kişilərin toplaşdığı barlara təşrif buyururlar. Həmin gün barlara giriş xanımlar üçün pulsuz olur.

Yunanstanda "Babos" adlandırılan qadınlar bayramında gün ərzində bütün külli-ixtiyar xanımlara verilir. Ənənəyə görə bayram günündə müvəqqəti səlahiyyətə sahib olan xanımlar öz sevgililərini və həyat yoldaşlarını su şırnağına tuturlar.

Çində 8 mart qadınlar bayramı daha maraqlı qeyd olunur. Bayram günü qadınlar üçün qeyri-iş günü sayılır. Kişilər isə həmin gün həmişə olduğu kimi işə gedirlər. Ancaq kişilərin işi bununla bitmir. Bayram günündə bütün mətbəx işləri, ən başlıcası isə xörək hazırlamaq bəylərin birbaşa vəzivəsi və borcu sayılır.

Tacikstanda 8 mart günü ölkə başçısının sərəncamı ilə rəsmi olaraq "Analar günü" kimi qeyd edilir. Qeyri-iş günü sayılan bayram zəngin süfrə və hədiyyələrlə müşaiyət olunur.

Qadınlar bayramı Rusiyada da böyük təmtəraqla keçirilir. Restoranlar və əyləncə mərkəzləri martın 8-də xanımların hesabına kifayət qədər böyük gəlir əldə edir.

Dünyanın ən gözəl xanımları yaşayan Azərbaycanda da 8 mart Beynəlxalq Qadınlar günü təntənə ilə qeyd olunur. Bayram günündə Azərbaycan kişiləri sevgilərini, ehtiramlarını və hədiyyələrini öz xanımlarına ərməğan edirlər.

Bayramınız mübarək dəyərli və sevimli xanımlar!

 

İlham Cəmiloğlu

 


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27.04.2017, 22:47

Uşaqlar nə üçün yalan danışır?

27.04.2017, 22:35

Türkiyədə referendumun nəticələri təsdiqləndi

27.04.2017, 22:26

Qadın ölən dayısının evini qarət etdi - VİDEO

27.04.2017, 22:14

Oteldə damarlarını doğrayan müəllimin intihara cəhd səbəbi bilindi

27.04.2017, 22:11

Səməd Seyidov: "Azərbaycan diasporunun Strasburqdakı aksiyası AŞPA-ya ciddi siqnaldır"

27.04.2017, 22:07

Suvalk dəhlizi – Rusiya və ABŞ-ın üz-üzə gələcəyi potensial “barıt çəlləyi”

27.04.2017, 21:51

Şarapova yalançıdır – tanınmış tennisçidən sərt İTTİHAM - FOTO

27.04.2017, 21:39

Tikinti sektorunda qeyri-leqal məşğulluğun qarşısı alınacaq

27.04.2017, 21:17

Məşhur alimdən həyəcan TƏBİLİ: İnsanlıq məhv ola bilər

27.04.2017, 20:49

İslam Oyunlarının gimnastika növlərinin püşkatma mərasimi keçirildi

27.04.2017, 20:37

Gəncədə arvadını döyərək xəstəxanalıq edən şəxs saxlanılıb

27.04.2017, 20:21

Liderlər RAZILAŞDI – Şimali Koreyaya ZƏRBƏ

27.04.2017, 20:03

Fransanın baş nazirinin evini qarət etdilər

27.04.2017, 19:58

Deputat YAP-ın rayon təşkilatına sədr seçildi

27.04.2017, 19:00

Göygöldə minaatan mərmi tapılıb

27.04.2017, 18:42

Rəfiqəsinə qoşulub qaçdığı deyilən qızın ATASI: “Qızım yanımdadır, ləkə yaxırlar”

27.04.2017, 18:21

Ukraynada azərbaycanlı məmurun həbs müddəti uzadıldı

27.04.2017, 18:15

Cocuq Mərcanlıda piyada əleyhinə mina tapılıb

27.04.2017, 18:02

MTN generalı məhkəmədə Eldar Mahmudovu ələ verdi: "2 milyon manat ona çatıb"

27.04.2017, 17:46

Bakı Atatürk Liseyinin şagirdləri hərbçilərlə görüşdülər  

27.04.2017, 17:44

Vəkil: “Lapşinin müalicəsi davam etdirilir”

27.04.2017, 17:40

Moskvada Qarabağ danışıqları qapalı keçiriləcək

27.04.2017, 17:24

Azərbaycan və Xorvatiya arasında siyasi məsləhətləşmələr keçirilib

27.04.2017, 17:22

Sığorta şirkətləri 150 milyondan çox sığorta haqqı toplayıb

27.04.2017, 17:19

Dolların kursu sabit qaldı - MƏZƏNNƏ

27.04.2017, 17:06

Azərbaycan XİN 7 ölkəyə xəbərdarlıq etdi

27.04.2017, 16:56

Sabiq nazir Firudin Cəlivov yenidən əməliyyat olunacaq

27.04.2017, 16:49

“Rauf Qurbanov gedib Azərbaycan tarixini yaxşı oxusun”

27.04.2017, 16:48

ADU-da “Ana, səsin aydın səhər olar...” adlı tədbir keçirilib

27.04.2017, 16:41

"Elba" MMC-nin fabrikində mənşəyi naməlum heyvan ətləri aşkarlandı - FOTOLAR

27.04.2017, 16:40

“AŞPA Türkiyə ilə bağlı ədalətsiz və qərəzlidir”

27.04.2017, 16:33

Ermənistanda vəkilləri iş yerində döydülər

27.04.2017, 16:32

Fuad Muradov parlamentdə seçiciləri qəbul edib

27.04.2017, 16:32

Azərbaycanda 179 naməlum şəhid məzarı tapılıb

27.04.2017, 16:32

Əbülfəs Qarayev regional idarələrin fəaliyyətini təftiş etdi

ARXİV