Modern.az

Prezident Ələt və Qobustandakı tikintilərə 6 milyon manat ayırdı

Prezident Ələt və Qobustandakı tikintilərə 6 milyon manat ayırdı

6 Aprel 2011, 19:15

Prezident İlham Əliyev Bakı şəhəri Qaradağ rayonunun Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. (AzərTac)

Sərəncmda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ələt və Qobustan qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan  Prezidentin ehtiyat fondundan Bakı şəhərinin Qaradağ rayonu İcra Hakimiyyətinə 6 (altı) milyon manat, o cümlədən Ələt qəsəbəsində 32 saylı şəhər poliklinikasının yenidən qurulması üçün 1 (bir) milyon manat və 110 saylı ümumtəhsil məktəbi binasının əsaslı təmiri üçün 1 (bir) milyon manat; Qobustan qəsəbəsində 17 saylı birləşmiş şəhər xəstəxanasının yenidən qurulması üçün 2 (iki) milyon manat və 800 şagirdlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2 (iki) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan vəsaitin maliyyələşdirilməsini müəyyən olunan  qaydada təmin etsin”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir