Modern.az

“Azəriqaz” İB-də açıq mətbuat saatı keçiriləcək

“Azəriqaz” İB-də açıq mətbuat saatı keçiriləcək

6 Aprel 2011, 19:45

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən ölkənin qaz təsərrüfatının müasirləşdirilməsi, baş verən nasazlıqların operativ olaraq aradan qaldırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, istehlakçıların maarifləndirilməsi tədbirləri görülür.
ARDNŞ-nin mətbuat xidmətindən verilən məlumata görə, bu tədbirlərin davamı olaraq aprelin 8-də saat 12:00-dan 13:00-dək İB-də növbəti “açıq mətbuat saatı” keçiriləcək.
“Açıq mətbuat saatı”nda qaz təchizatında yaranan problemlərlə bağlı respublikanın müxtəlif rayonlarından daxil olan çağırışların qeydə alınaraq aidiyyatı üzrə qaz istismar sahələrinə yönləndirilməsi və icrasına nəzarət, texnoloji rejimlərin tənzimlənməsi məsələləri ilə əlaqədar jurnalistlərin sualları cavablandırılacaq. Göstərilən müddətdə kütləvi informasiya vasitələri nümayəndələri (+994012) 490-54-33 və (+994012) 490-54-24 nömrəli telefonlarla əlaqə saxlayaraq həmin mövzu ilə əlaqədar “Azəriqaz” İB-nin Rejimlərə nəzarət və mərkəzi dispetçer şöbəsinin mühəndisi, 104 xidmətinin aparıcı mütəxəssisi Rasim Əhmədovdan suallarına cavab ala bilərlər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub