Modern.az

Ermənistan seçkilərə DOĞRU -  Siyasi blokların Qarabağ haqda TƏKLİFLƏRİ

Ermənistan seçkilərə DOĞRU -  Siyasi blokların Qarabağ haqda TƏKLİFLƏRİ

Dünya

8 Mart 2017, 20:37

Aprelin 2-də Ermənistanda parlament seçkiləri baş tutacaq. Seçkilərin önəmi ölkənin ötən il dekabrın 6-da yeni konstitusiya qəbul etdikdən sonra parlament respublikasına keçməsi ilə bağlıdır. Yəni seçkilərdə qalib gələn siyasi partiya geniş səlahiyyətlərə malik olacaq və faktiki olaraq yaxın 5 il ərzində ölkənin gündəmini müəyyən edəcək.

 

 

Seçkiqabağı qəbliğat kampaniyası çərçivəsində düşmən ölkənin siyasi gücləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da öz mövqelərini açıqlayıb.

 

Modern.az həmin seçki vədlərini təqdim edir.

 

 

 

Ermənistan Milli Konqresi

Milli Konqres Ermənistanın blokadadan çıxması və qonşu ölkələrlə sülh şəraitində yaşaması üçün qarşlıqlı güzəşt proqramı təklif edir.

“Yalnız Dağlıq Qarabağ münaqişəsinin başa çatması ilə ölkəmiz iqtisadi inkişafa və miqrasiyanın dayanmasına nail ola bilər. Bu həm də təmas xəttində yüzlərlə insanın ölümünə son qoyacaq, Ümumi Daxili Məhsulun 4-5%-nin hərbi xərclərə ayrılmasının qarşısını alacaq. Yalnız sülh Ermənistanda siyasi və iqtisadi sistemin sabitliyinə səbəb ola bilər”.

 

 

 

“Oskanyan-Raffi-Ohanyan” bloku

Keçmiş xarici işlər nazirləri Raffi Ovanesyan, Vardan Oskanyan və keçmiş müdafiə naziri Seyran Ohanyan münaqişənin həlli namizə hərbi balansın saxlanılmasını vacib sayırlar.

 

“Həm ermənilər, həm də azərbaycanlılar bir-biri ilə qonşuluqda yaşamağa məhkumdur. İlk növbədə regionda güc balanı qorunmalıdır ki, balansın pozulması fəlakətli nəticələrə yol aça bilər. Tərəflər arasında xalq diplomatiyasını dəstəkləmək lazımdır. Qarşılıqlı etimad olmadan Qarabağ münaqişəsinin həlli mümkünsüzdür”.

 

 

 

 

Ermənistan Respublika Partiyası

İqtidardakı hakim partiya münaqişənin həlli üçün Dağlıq Qarabağın yekun statusunun yerli sakinlərin iradəsi ilə müəyyən olunması üzərində dayanır. Bundan başqa, ölkənin silahlanmaqda davam edəcəyini bəyan edir.

 

“Münaqişənin sülh yolu ilə həllinə çatmalıyıq. Paralel olaraq, ölkənin müdafiə qabiliyyətini artıracayıq. Bununla yanaşı, Dağlıq Qarabağın danışıqlar prosesində iştirakı üçün səyləri davam etdirməliyik”.

 

 

 

 

“Tsarukyan” bloku

“Çiçəklənən Ermənistan” partiyasının başçılıq etdiyi siyasi blok da münaqişənin kompromislər yolu ilə həllinə tərəfdardır.

“Qarabağ münaişəsi istisnasızolaraq, sülh yolu ilə həll olunmalı, qarşılıqlı kompromislər və konsensus olmalıdır”.

 

 

 

“Azad demokratlar” bloku

Bu siyasi blok isə Dağlıq Qarabağ münaqişəsinin həllində radikal təkliflər verir. “Azad demokratlar” hərbi xərclərin artırılmasını, Qarabağdakı separatçı rejimin tanınmasını təklif edir.

 

 

 

 

“Yelk” bloku

“Yelk” ilk növbədə Azərbaycanla hərbi balansın bərpasına tərəfdardır.

“İlk növbədə hərbi balans bərpa olunmalıdır. Eyni zamanda, sülh müqaviləsi Qarabağda mütləq şəkildə bölgədə referendumun keçirilməsini tələb edir. Digər tərəfdən, Avrasiya İttifaqına üzvlüyümüz münaqişənin həllinə heç bir fayda vermir”.

 

 

“Daşnaksütyun” partiyası

Radikal “Daşnaksütyun” partiyası isə öz millətçi proqramı ilə seçilir. Partiya Qarabağın dərhal Ermənistana birləşdirilməsini tələb edir.

 

“Qarabağ mütləq Ermənistana birləşməlidir. Qarabağın dünya tərəfindən tanınması bu prosesdə ilk mərhələ olmalıdır. Danışıqlarda heç bir halda təktərəfli güzəştlərə getmək olmaz”.

 

 

Vüqar İSMAYILOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?