Modern.az

Avropalı komissardan XƏBƏRDARLIQ: “Onun qələbəsi Birliyin sonu olacaq”

Avropalı komissardan XƏBƏRDARLIQ: “Onun qələbəsi Birliyin sonu olacaq”

8 Mart 2017, 22:44

“Marin Le Penin prezident seçkilərində qələbəsi Avropa Birliyinin sonu demək olacaq”.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu sözləri Avropa Birliyinin iqtisadiyyat və maliyyə məsələləri üzrə komissarı Pyer Moskovisi deyib.

 

“Mən uzun illər siyasətlə məşğulam və həmişə deyirəm ki, heç zaman “B planı”nız olmamalıdır. Bunu etsəniz demək ki, siz “A planı”na inanmırsınız. Bizim “A plan”mız onun məğlub olacağı deməkdir. Ümid edəirəm ki, o seçkilərdə darmadağın olacaq”.

 

 

Moskovisi ABŞ-ın maraqlarının Avropa Birliyindən fərqli maraqlara malik olduğunu da vurğulayıb.

 

“ABŞ bizi parçalamaq istəyir. Onlar bunu ən üçün istəyir? Çünki ABŞ yaxud Rusiya 27 ayrı ölkə ilə münasibətdə daha güclü mövqeyə malik olacaq, nəinki vahid ölkələr bloku ilə”.

 

 

Xatırladaq ki, son rəy sorğuları Marin Le Penə 27% fransızının səs verməyə hazır olduğunu göstərir. İkinci pillədə gələn Emmanuel Makronu isə 23% franslız dəstəkləyir.

 

 

Vüqar İSMAYILOV

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir