Modern.az

Çavuşoğlu Bakıya gəlib

Çavuşoğlu Bakıya gəlib

Təhsil

6 Aprel 2011, 23:03

Avropa Şurası Parlament Assambleyasının prezidenti Mövlud Çavuşoğlu Bakıya gəlib. Səfərdə məqsəd aprelin 7-9-da Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməkdir. Mövlud Çavuşoğlunu Bakıda bir sıra rəsmilərlə görüşü də nəzərdə tutulub. 
Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında M.Çavuşoğlu deyib ki, Avropa Şurası Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi qətidir, qurum Azərbaycan torpaqlarının işğalı ilə əlaqədar 2005-ci ildə qətnamə qəbul edib.

M.Çavuşoğlunun sözlərinə görə, Xankəndində hava limanının açılması Avropa Şurasının Parlament Assambleyasında müzakirəyə çıxarıla bilər. "Bəlkə Strasburqda bunu gündəmə gətirənlər ola bilər, bunu bilmirəm. Amma bu məsələ ilə bağlı Avropa Şurası və Parlament Assambleyasının mövqeyi son dərəcə qətidir”.

Modern.az


 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu