Modern.az

“Özümü prezidentin xanımı hiss etməmişəm” - Birinci ledilərin ölkə siyasətindəki rolu - ARAŞDIRMA

“Özümü prezidentin xanımı hiss etməmişəm” - Birinci ledilərin ölkə siyasətindəki rolu - ARAŞDIRMA

Mədəni̇yyət

8 Mart 2017, 23:39

Əksər ölkələrdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə qadınları təbrik olunur. Bu zaman ilk növbədə həmin ölkələrin birinici lediləri yada düşür. Ölkənin siyasi və sosial həyatında önəmli rol oynayan birinci ledilərin yükü təkcə bununla kifayətlənmir.

 

 

Modern.az dünya ölkələrində birinic ledilərin rolu haqda kiçik araşdırma aparıb.

 

 

 

Rusiya prezidenti 8 Mart münasibəti ilə ölkə qadınlarını təbrik edib. Bu zaman o təbrik mətnində şair Konstantin Balmontun qadınlar haqda yazdığı şeirdən bir neçə misra da paylaşıb. Amma maraqlıdır ki, 2013-cü ildə Lüdmial Putindən boşandıqdan sonra Rusiya prezidenti hələ də subay, ölkənin birinci ledisi statusu da vakantdır.

 

Lüdmila Putina ərinin həm birinci, həm də ikinci hakimiyyəti dövründə ölkə həyatında aktiv rolu ilə yadda qalıb. O, kitabxanaların açılışlarında, Rus dilinə dəstək fonduna rəhbərlik etməklə böyük işlərə imza atıb. İspan və alman dillərini mükəmməl bilən Putina 2013-cü ildə gözlənilmədən ərindən ayrılmışdı.

 

“Mən ərimlə demək olar ki, bir-birimizi görə bilmirik. Uşaqlar da artıq böyüyüb. Hər birimizin öz həyatı var” – deyə xanım Putina deyirdi. Sonradan Lüdmila Putina ikinci dəfə ailə həyatı qurdu.

 

 

Əksər Avropa ölkələrində və ABŞ-da birinci ledinin həyat yoldaşının kölgəsində dayanması qəbul olunmur. Onlar həyat yoldaşları kimi aktiv siyasi rol oynayırlar.

 

 

“Anlayırsınızmı, mən heç vaxt özümü prezident xanımı kimi hiss etməmişəm. Daha çox Boris Nikolayeviç Yeltsinin həyat yoldaşı kimi hiss etmişəm. Düşünürdüm ki, ailəmizdə təkcə, Boris Nikolayeviçin siyasətçi olması kifayətdir”  - deyə Boris Yeltsinin həyat yoldaşı və Rusiyanın ilk birinci ledisi Naina Yeltsina deyirdi.

 

 

Sovet liderlərin gəlincə, onlar adətən, ərlərinin kölgəsində qalırdılar. Lakin deyilənə görə, Leonid Brejenvin xanımı Viktoriya Petrovan ərinə siyasi hakimiyyətdən getməyi məsləhət görürdü. Lakin Brejnev Siyasi Büronun onun istefasına razı olmamasından gileylənirdi.

 

 

Sovet liderləri arasında yalnız Mixail Qorbaçovun həyat yoldaşı Raisa Maksimovna Qorbaçova aktivliyi ilə seçilirdi. Seçki prosesində iştirak etməsə də, ərini xarici və daxili səfərlərdə müşaiyət edərək ictimai diqqəti cəlb etməyi bacarırdı. Lakin onun bahalı geyimləri o zamankı sovet insanlarının tənqidinə səbəb olmuşdu.

 

 

ABŞ-da isə birinic ledilər daim aktivliyi və ərlərinə əlavə elektorat qazandıran sima kimi qəbul olunublar. Təsadüfi deyil ki, yeni birinci ledi – Melani Trampın geyimləri, çıxışları və s. daim ictimaiyyətin diqqətində olan məsələlərdəndir. Amma qlamur obrazılna baxmayaraq, Melani yalnız 37% amerikalının rəğbətini qazana bilib. Mraqlıdır ki, Melain Trampın Ağ Evə kömkədən imtina etməsi daha bir keçmiş birinci ledinin – Corc Vaşinqtonun xanımı Martanın addımını xatırladıb. Amma Marta Vaşinqtonun Ağ Evə köçməməsi hələ iqamətgahın tikilib istifadəyə verilə bilməməsi ilə bağlı idi. Məhz Marta Vaşinqton ABŞ-da birinic ledinin necə bir xanım olduğunu göstərməli idi. O, təntənəli mərasimlərin təşkili, sadə vətəndaşların qəbulu və ölkənin ən nüfuzlu ailələri ilə dost münasibətlərin saxlanılmasına cavabdeh idi. Marta Vaşinqton birinci ledinin ən son zövqlə geyinməsinə də dəstək olmuşdu.

 

Ümumiyyətlə, birinci ledi anlayışı XIX əsrin ortalarında yaranıb. O zaman ölkə tarixində yeganə subay prezidenti Ceyms Byukenen seçilmişdi. Byukenen subay olduğu üçün öz bacısı qızı Harriet Leyni Ağ Evdəki qonaqların qəbulu və rəsmi mərasimlərdə sima etmişdi. Yerli qəzetlər Leyni buna görə birinci ledi adlandırdı.

 

XX əsrdə artıq ABŞ cəmiyyətində qadının rolu genişləndiyi üçün birinci ledilər həm də siyasi proseslərdə iştirak etməyə başlamışdılar.

 

Bu aktivləşmə Vudro Vilsonun xanımı Edit Vilsonun adı ilə bağlıdır. Edit Vilson heç zaman siyasətlə maraqlanmamışdı və 1912-ci il seçkilərində heç namizədlərin adını da bilmədiyini etiraf edirdi. Hər şey 1919-cu ildə dəyişir. Həmin ilin payızında Vilson iflic vurur və sol gözü görmə qabiliyyətini itirir. Bundan sonra siyasətlə aktiv məşğul olan Edit həyat yoldaşını xarici səfərlərdə müşayiət edir, hətta Birinci Dünya Müharibəsinin başa çatması ilə bağlı danışıqlarda iştirak edirdi. Bütün ölkə qadının ölkəni idarə etdiyini desə də, Esit Vilson yalnız ərinin göstərişlərini icra etdiyini vurğulayırdı.

 

 

Amma ABŞ tarixində ən nüfuzlu birinci ledi Eleonora Ruzvelt hesab olunur. 1921-ci ildə əri polioemielitə görə ayaqlarında hərəkət qabiliyyətini itirdiyi üçün Ruzvelt onun adından ölkəni gəzir, seçicilərlə görüşür, həyat yoldaşıının “gözü və qulağı” rolunu oynayırdı. Uzun illər Qırmıız Xaçm Cəmiyyətində çalışmış Ruzvelt aktiv səfərlər edir, müxtəlif bölgələrdə yaşayan insanlarla görüşürdü.

 

Hətta, yeni prezident Harri Trumen onun təcrübə və nüfuzunu nəzərə alaraq Eleonora Ruzvelti ABŞ-ın BMT-dəki rəsmi nümayəndəsi təyin etmişdi.

 

 

Eleonora Ruzveltlə ən çox müzakirə olunan birinci ledi isə Hillari Klintondur. Ərinin prezidentliyi dövründə ictimai-siyasi aktivliyi ilə seçilən Hillari uzun illər senator kimi ölkə siyasətində təmsil olunmuşdu. 2012-ci ildə partiyadaxili praymerizdə Barak Obamaya məğlub olan Klinton 4 il sonra Respublikaçı rəqibi Donald Trampa gözlənilmədən məğlub olaraq prezidentlik şanslarını itirdi. Amerikalı şərhçilər bunu Bill Klintonun ölkənin birinci centlemeni olmaq şansını itirməsi kimi də dəyərləndirmişdilər.

 

 

Vüqar İSMAYILOV

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır