Modern.az

Trampdan İrana qarşı növbəti dəfə hədə

Trampdan İrana qarşı növbəti dəfə hədə

Dünya

8 Mart 2017, 23:47

ABŞ prezidenti Donald Tramp İrana qarşı növbəti dəfə hədə səsləndirib. Modern.az xarici mediaya istinadən bildirir ki, rəsmi Vaşinqton İranın təxribatçı hərəkətlərinə dözmək niyyətində olmadığını bəyan edib.

Ağ Evin mətbuat katibi Şon Spayser bildirib ki, prezident Hörmüz körfəzində baş verən insidentlə bağlı məlumatlandırılıb və ABŞ İranın təxribatçı hərəkətlərinə dözməyəcək.

Qeyd edək ki, ötən gün İrana məxsus hərbi katerlər Hörmüz körfəzində ABŞ hərbi gəmisinə yaxınlaşıb. Rəsmi Tehran insidentin baş verməsində ABŞ tərəfini günahlandırıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?