24 iyul 2017, Bazar ertəsi
Ana Səhifə - ÖLKƏ - Azərbaycanda şeytanı dost bilənlər, azyaşlı qızlarla cinsi əlaqəyə girənlər...
Azərbaycanda şeytanı dost bilənlər, azyaşlı qızlarla cinsi əlaqəyə girənlər...
09.03.2017, 01:31

Din epoxası... Kimlərsə düşünür ki, bu epoxa sistemli yanaşma deyil və cəmiyyəti, həyatı birtərəfli qaydada analiz edir, onlar üçün yalnız 2 rəng var: ağ və qara. Müəyyən mənada bu iradlarla razılaşmamaq da olmur, çünki din adı altında beyinlərə yeridilən cəhalət, xurafatın insanları hansı uçurumlara apardığı göz önündədir.

Elə aqil dindarlar, tolerant ilahiyyatçıların özləri də dinin belə mənfi çalarda təbliği və cəmiyyətdə çaşqınlıq yaratmasını qınayırlar. Onlar üçün yeganə və unikal dini mənbə əvəzolunmazdır – bu isə Qurandır.

Və onlar, yəni aqil dindarlar, praqmatik ilahiyyatçılar - vücudu əvvəlcədən mövcud olan, doğmayan, doğulmayan, bütün düşüncə, mənəvi aləm və fiziki proseslərin, kainatın fövqündə dayanan qüvvənin varlığını yalnız bir adla assosiasiya edirlər: Allah. Bu mənada onların islam və Allahın adından istifadə edərək aparılan vəhşət, kin, nifrət qusan təbliğatlara qarşı çıxması başadüşüləndir. Çünki onların nəzərində Allah yalnız ədalətlidir və çatdırdığı mesajlarda da yalnız ədalət mövcuddur. 

 

Bizlər kimlərinsə cəmiyyəti, prosesləri dini nöqteyi-nəzərdən yalnız ağ və qara görmələrini qınayırıq, lakin bəzən orta xətlərin özü də daha təhlükəli şəkildə təzahür edir.

 

Budəfəki yazımızda Azərbaycanda kök salan və özlərini guya tolerant kimi qələmə verən, ənənəvi, klassik səmavi din anlayışından fərqli göstərməyə çalışan ibrahimilərdən söz açacağıq.

 

İbrahimilər ənənəvi dini postulatlardan uzaq olsalar da, bu, heç də onların təhlükəsiz və süddən çıxmış ağ qaşıq olmaları anlamına gəlmir.

 

ARAYIŞ: İbrahimiliyin təməli 19-cu əsrin əvvəllərində Hindistanda yaşayan Əhməd Qədyan adlı şəxs tərəfindən qoyulub. Bu ideyanın daşıyıcıları özlərini İbrahim peyğəmbərin davamçıları hesab edirlər. Onlar Məhəmməd peyğəmbərin hədislərini qəbul etmirlər, ayələri Qurani-Kərimdəki həqiqi mənasından çıxarıb öz interpretasiyalarını verirlər. Bu cərəyan Hindistanda və Pakistanda qadiyanilik kimi tanınıb. Bəzi versiyalara görə, bu cərəyanın yaranmasında İngiltərənin xüsusi xidmət orqanları rol oynayıb.

 

SSRİ dağıldıqdan sonra sovet təbliğat maşınının əsas çarxı olan ateizm ənənələri də ortadan qalxmağa başladı. Lakin dini palitrada elə bir rənglər peyda oldu ki, ateizmin heç də deyildiyi kimi təhlükəli və insanlara pis vərdiş aşılayan bir konsepsiya olmadığı dərk olunmağa başlandı. Yenicə müstəqil olmuş Azərbaycanın dinlərarası, təriqətlər arası mübarizə poliqonuna çevrilməsi cəhdləri oldu, lakin bütün bu planlar iflasa uğradı.

İbrahimilərə isə cəmiyyət özü qiymət verdi, ən güclü silah olan ictimai qınaq onları sıradan çıxardı. Təbii ki, dövlət orqanlarının lazımi müdaxilələri də ibrahimiləri geniş qol-qanad açmağa, xərçəng kimi metastaz verməyə imkan vermədi.

 

QISA MƏLUMAT: İbrahimilərin Azərbaycanda ilk özəyini ixtisasca riyaziyyat müəllimi olan Ələsgər Musayev yaradıb. Maraqlıdır ki, o, sovet dövründə özünü şiəliyin alovlu tərəfdarı kimi qələmə verib. Daha sonralara isə şüurunda gedən hansısa proseslər nəticəsində vəhhabiliyə meyllənib. 1995-ci ildən isə dini baxışlarında kəskin dəyişiklik edib – ibrahimilər adlı qeyri-islam cərəyanı yaradıb.

 

Onlar da ibadət edir, Allaha inanırlar, amma islam inancına görə, bu inam tövhidə deyil, şirkə əsaslanır. Musayev müzakirələrin birində islamın təməl prinsipləri əleyhinə danışdığı üçün Hacı Əbdül tərəfindən şillələnir. Bu məşhur kadr çoxuna tanışdır.

 

İbrahimilər Qurana əsaslanaraq ibadətlərini Azərbaycan dilində icra edirlər. Paradoksal məqam budur ki, onlar özlərini azərbaycanlı deyil, İbrahim millətinin nümayəndələri sayırlar.

 

Ələsgər Musayev 1996-cı ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində “Şeyx Nizaməddin əmir Hacc” məscidinin dini icmasını yaradıb və qeydiyyatdan keçirib. Lakin bunun ömrü cəmi 2 il sürüb, çünki onlar “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarını pozublar. İbrahimilərin fəaliyyəti dindarların qəzəbinə səbəb olub, 1998-ci ildə icma üzvləri döyülərək Əmircandan qovulublar. Bundan sonra Musayev həyat yoldaşının Mərdəkandakı bağ evinə köçərək fəaliyyətini orada davam etdirib.

 

Ələsgər Musayev dərs çıxarmaq əvəzinə özünə yeni məşğuliyyət tapıb – özünü peyğəmbər elan edib. Onun çətiri altında toplaşanları isə ümmət adlandırıb. İcmanın üzvləri isə cənab Musayevi “rəsul” kimi tanıyırlar.

 

İbrahimilər qiblə kimi Məkkəni deyil, Əmircan qəsəbəsində yerləşən “Şeyx Nizaməddin” məscidini seçiblər. Bu cərəyanın nümayəndələri Həcc ziyarətini inkar edirlər, “arqumentləri” isə belədir ki, “həcc” sözü ərəbcədə bayram mənasında işlənir.

Dini kitabları Ələsgər Musayevin özünə sərf edən şəkildə Azərbaycan dilinə tərcümə etdiyi Qurandır.

 

Əldə etdiyimiz məlumata görə, onların qazanc mənbələrindən biri də zəkatdır. Belə ki, icma üzvləri öz qazanclarının 5-də biri qədər zəkat verir və bu icmanın büdcəsini formalaşdırır.

 

İbrahimilərin şeytana münasibəti də fərqlidir. Onlar şeytanı mələk sayır və buna görə, ona lənət yağdırmağı günah hesab edirlər. Onların nəzərində şeytan dostdur və nə edirsə, bu, Allahın iradəsi, istəyi ilə olur.

 

Onlar çoxarvadlılığı məqbul sayır, 9-10 yaşlı qızlarla ailə qurmağı təqdir edirlər.

 

Aldığımız məlumata görə, onlar ilin istənilən günündə bir yerə yığışaraq özlərinin “qədr gecəsi” adı verdiyi bir mərasim keçirirlər. Bu zaman isə icma üzvləri olan qadın və ya azyaşlı qızlar özlərini icma rəhbərinə ya da başqa üzvlərə “hədiyyə” edərək, intim əlaqəyə girirlər. Ən pisi də odur ki, bunu ayin kimi qiymətləndirirlər.

Ələsgər Musayev dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozması və yetkinlik yaşına çatmayan qızlarla cinsi əlaqəyə girdiyinə görə, həbs həyatı da görüb.

 

Saxta peyğəmbər 2003-cü ildə yetkinlik yaşına çatmayan qızlarla ailə həyatı qurduğu üçün cinayət məsuliyyətinə cəlb olunmasından danışarkən əməlindən peşman olmadığını söyləyib. Və özünə  belə haqq qazandırıb:

“Nəzrin, Cəmilə və Xəyalə adlı üç yeniyetmə qızla evlənmişəm. Məhkəmədə də bunu demişəm. Bunu gözə çarpmaq üçün etmişdim. İstədim ki, insanlar Allah rəsulunun varlığından xəbər tutsunlar. Bir də Allah çoxarvadlılıqla bağlı qanunu qoyub demir ki, hökmən evlənməlisən.

 

Guya indi heç bir kişi “levıy” getmir? O üç qız mənim arvadımın yanında Quranın ayəsinə görə özünü mənə bəxşiş etmişdi. Tutulmaqdan da, öldürülməkdən də qorxmamışam. Ancaq Allahımdan qorxmuşam. İndi böyüyüblər, ağılları var. Soruşuram ki, birdən o zamana qayıtsanız, nə edərdiniz? Deyirlər, indi beş əlli gələrik. Yaşayırlar da özləri üçün, problem də çıxmır. Onlarla evlənəndə üç dəfə qızlara dedim ki, özünüzü mənə bəxşiş etdiniz.
Mən də qəbul elədim. Siz oldunuz mənim zövcəm. Siz bilirsiniz ki, ha, bu dəqiqə mən ölsəm siz heç kimə ərə gedə bilməzsiniz? Dedilər, bilirik. Dedim dünyaya, yoxsa Allaha xatir mənə gəlirsiniz? Dedilər, Allaha xatir, mən də qəbul elədim”

 

İbrahimilərin əsas özəyi Bakıdadır. Amma Bərdə, Xaçmaz, Salyan, Qubada da özəklər yaradıblar və qanunsuz təbliğat aparmağa cəhd edirlər.

 

Mətbuatda ibahimilərin biznes şəbəkəsi genişləndiyi haqqında da həyacanlı informasiyalar yayılıb. İddialara görə, ölkədə kök atmış iqtisadi rıçaqları sayəsində ibrahimilər xüsusilə ticarətdə bir-birinə dəstək verirlər. 

 

Aqşin KƏRİMOV


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Yaponiyada 5,7 bal gücündə zəlzələ olub
24.07.2017, 01:01

Yaponiyada 5,7 bal gücündə zəlzələ olub

Suriyada partlayış: 12 ölü, 20 yaralı
24.07.2017, 00:45

Suriyada partlayış: 12 ölü, 20 yaralı

Ərdoğan  vəliəhdlə bağlı qapı arxasında görüşdü
24.07.2017, 00:26

Ərdoğan  vəliəhdlə bağlı qapı arxasında görüşdü

İordaniyada İsrail səfirliyinə hücum edən öldürüldü - Yenilənib
24.07.2017, 00:09

İordaniyada İsrail səfirliyinə hücum edən öldürüldü - Yenilənib

İran 5,4 ballıq zəlzələdən silkələndi
23.07.2017, 23:40

İran 5,4 ballıq zəlzələdən silkələndi

İŞİD-ə məxsus zavod məhv edildi
23.07.2017, 23:22

İŞİD-ə məxsus zavod məhv edildi

Şıxov çimərliyində əcnəbi turistin paltarını oğurladılar
23.07.2017, 23:01

Şıxov çimərliyində əcnəbi turistin paltarını oğurladılar

Erməni əsgər meyiti asılmış vəziyyətdə tapılıb
23.07.2017, 22:29

Erməni əsgər meyiti asılmış vəziyyətdə tapılıb

Şəmkirdə kütləvi zəhərlənmə
23.07.2017, 22:14

Şəmkirdə kütləvi zəhərlənmə

Ərəb Dövlətləri Liqası Qüdsə görə toplanır
23.07.2017, 21:58

Ərəb Dövlətləri Liqası Qüdsə görə toplanır

Bakıda naməlum avtomobil italiyalı qadını vurub qaçdı
23.07.2017, 21:39

Bakıda naməlum avtomobil italiyalı qadını vurub qaçdı

24 yaşlı gənc istirahət mərkəzində öldü
23.07.2017, 21:22

24 yaşlı gənc istirahət mərkəzində öldü

"Ermənilər hər gün Ağdamın işğal altında olan ərazilərinə od vurur" - İcra başçısı
23.07.2017, 21:08

"Ermənilər hər gün Ağdamın işğal altında olan ərazilərinə od vurur" - İcra başçısı

İran İraqla hərbi sahədə razılığa gəldi
23.07.2017, 20:53

İran İraqla hərbi sahədə razılığa gəldi

Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları dəstəkləyir
23.07.2017, 20:42

Tramp administrasiyası Rusiyaya qarşı sanksiyaları dəstəkləyir

Rusiya hərbi gəmiləri Bakıda - VİDEO
23.07.2017, 20:24

Rusiya hərbi gəmiləri Bakıda - VİDEO

İranda qatar relsdən çıxdı
23.07.2017, 20:11

İranda qatar relsdən çıxdı

Bərdə sakini Kürdə batdı
23.07.2017, 19:41

Bərdə sakini Kürdə batdı

Ərdoğanın rektor təyin etdiyi professor öldü
23.07.2017, 17:55

Ərdoğanın rektor təyin etdiyi professor öldü

Batmış gəmidən 4 ton qızıl tapıldı 
23.07.2017, 17:32

Batmış gəmidən 4 ton qızıl tapıldı 

Texasda yük maşınında 8 miqrantın cəsədi aşkarlandı
23.07.2017, 17:04

Texasda yük maşınında 8 miqrantın cəsədi aşkarlandı

Türkiyə bəzi İŞİD-çilərin siyahısını Azərbaycanla birgə HAZIRLAYIB
23.07.2017, 17:00

Türkiyə bəzi İŞİD-çilərin siyahısını Azərbaycanla birgə HAZIRLAYIB

Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi 
23.07.2017, 16:44

Deputat İlham Əliyevlə Putinin görüşünü şərh etdi 

İnsanın iradəsi azaddırmı?
23.07.2017, 16:25

İnsanın iradəsi azaddırmı?

Dənizdə batan 2 nəfər xilas edilib
23.07.2017, 16:02

Dənizdə batan 2 nəfər xilas edilib

23.07.2017, 15:52

"Bir neçə hərbi əməliyyat barədə yaza bilmədim" - kitabı çıxan Rey Kərimoğlu 

Rusiya ABŞ-ı qorxuya salıb
23.07.2017, 15:32

Rusiya ABŞ-ı qorxuya salıb

Yetim Eyvaz vəfat etdi
23.07.2017, 15:27

Yetim Eyvaz vəfat etdi

SPİD xəstəsi olduğunu ərindən gizlətdi - Məsələ məhkəməyə qədər uzandı   
23.07.2017, 14:54

SPİD xəstəsi olduğunu ərindən gizlətdi - Məsələ məhkəməyə qədər uzandı  

Dövlət büdcəsindən oğurlanan pullar xarici bazarlara yatırılıb - Tağı Əhmədova daha bir İTTİHAM 
23.07.2017, 14:42

Dövlət büdcəsindən oğurlanan pullar xarici bazarlara yatırılıb - Tağı Əhmədova daha bir İTTİHAM 

I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının düzgün cavabları AÇIQLANDI
23.07.2017, 14:12

I və IV qruplar üzrə keçirilən qəbul imtahanlarının düzgün cavabları AÇIQLANDI

Bakı limanında dəhşətli FACİƏ - Hadisənin səbəbləri araşdırılır
23.07.2017, 13:57

Bakı limanında dəhşətli FACİƏ - Hadisənin səbəbləri araşdırılır

Mənimlə Ağdamı tikməyə gedərsənmi?
23.07.2017, 13:41

Mənimlə Ağdamı tikməyə gedərsənmi?

Bitə baxıb köynəyi yandırmayın!
23.07.2017, 13:29

Bitə baxıb köynəyi yandırmayın!

Türkiyənin rus silahı alması ABŞ-ı narazı saldı
23.07.2017, 12:49

Türkiyənin rus silahı alması ABŞ-ı narazı saldı

ARXİV
SORĞU
Qarabağ danışıqlarını sürdürmək Azərbaycana nə vəd edir?
- Son hadisədən sonra Azərbaycan Minsk qrupu ilə ciddi danışmalı, öz şərtlərini irəli sürməlidir(1.13%)
- Danışıqlar heç nə vəd etmir, ondan dərhal imtina olunmalı, müharibəyə başlanılmalıdır(71.5%)
- Danışıqlar davam etdirilməli, problemin sülh yolu illə həllinə çalışılmalıdır(3.40%)
- Minsk qrupunun vasitəçiliyindən imtina edib, digər beynəlxalq təşilatları işə qoşmaq lazımdır(2.27%)
- Ermənistana təzyiq üçün başqa alternativ yollar düşünülməildir(21.5%)