Bakı-Sumqayıt yolunda 5 nəfərin ölümü, 21 nəfərin yaralanması ilə bağlı baş vermiş qəza ilə bağlı cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
Artıq Bakıdan Sumqayıt istiqamətində gedərkən qəza törətmiş "Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu da saxlanılıb.
Qeyd edək ki, qəzada ölənlərin hamısı Sumqayıt Dövlət Universitetinin tələbəsidir.
Sumqayıt Dövlət Universitetindən bildirilib ki, ölənlər aşağıdakı şəxslərdir:
Nəsibov İbrahim Xəqani oğlu (1996-cı il), Muradova Roza Eynulla qızı (1997-ci il), Quliyev İbrahim Vuqar oğlu (1996-cı il), Caniyev Rəşad Füzüli oğludur(1997-cı il), Quliyeva Çinarə Azər qızı (1996-cı il).
Gülşən RAUFQIZI