Modern.az

TQDK sınaq imtahanlarının nəticələrini açıqladı

TQDK sınaq imtahanlarının nəticələrini açıqladı

7 Aprel 2011, 10:40

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2011-ci il aprelin 3-də Respublikanın 18 şəhərində sınaq imtahanı keçirib. TQDK-dan verilən məlumata görə, aprelin 3-də ali məktəbə qəbul olmağa hazırlaşan abituriyentlər üçün hazırlıq məqsədilə keçirinlən sınaq imtahanlarının nəticələri  açıqlanıb. İmtahanlarda 31 minə qədər abituriyent iştirak edib.  
Nəticələrin Komissiyanın internet saytında yerləşdirilib.

(Nəticələr burada - //www.tqdk.gov.az/sinaqnetice/ )

İmtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənmək olar. Bunun üçün abituriyentlərin iş nömrələrini 7727 nömrəsinə göndərmələri kifayətdir.

Növbəti sınaq imtahanları aprelin 10-da və 17-də keçiriləcək və həmin sınaq imtahanlarına yazılış davam edir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu