Modern.az

Təhsil komitəsinin sədri imtahan ödənişlərinə haqq qazandırdı

Təhsil komitəsinin sədri imtahan ödənişlərinə haqq qazandırdı

9 Mart 2017, 12:42

 Tarif (qiymət) Şurası Dövlət İmtahan Mərkəzinin müraciəti və təkliflərini nəzərə alaraq Azərbaycanda qəbul imtahanlarında iştiraka görə ödənişləri müəyyənləşdirib. Qiymət imyahanın növündən asılı olaraq 10-100 manat arasında dəyişir. Sadə dildə desək, abituriyent 1 dəfə imtahanda iştiraka görə - kollecə qəbul üçün 20 manat, bakalavr pilləsinə qəbul üçün 40 manat, magistratura pilləsinə qəbul üçün 60 manat, rezidenturaya qəbul üçün 100 manat pul ödəməlidir.


Tarif Şurasının təsdiqlədiyi ödənişlər Azərbaycan cəmiyyətində narazılıqla qarşılanıb. Hamı bu rəqəmlərin böytük olduğunu biuldirir.

Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə Modern.az-a açıqlamasında narazı olanlarla razılaşmayıb.

O, bu qərarı əhəmiyyətli və qiymətli saydığını bildirib.

“İlk imtahanların hamısının xərcini dövlət ödəyəcək. Bu, dövlətimizin Azərbaycanın yeni nəslinə və inkişafına göstərdiyi böyük qayğının ifadəsidir.  Bu, həm də abituriyenlər arasında rəqabətin yaradılmasına gətirib çıxaracaq. Abituriyenlər çalışacaqlar ki, ilk imtahandan yüksək bal toplasınlar. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs olduğundan, digər imtahanların ödənişli olmağı başadüşüləndir”.

 

Komitə sədri bildirib ki, imtahanlara o qədər də yüksək qiymət qoyulmayıb.

“Mən düşünürəm ki, buna bizim iqtisadi imkanlarımız çatar. Düzdür, elə ailələr var ki, onların iqtisadi durumu zəifdir. Onlara da fərdi qaydada baxıla bilər”.

 

 

Mirmahmud KAZIMOĞLU

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?