21 oktyabr 2017, Şənbə
Ana Səhifə - ÖLKƏ - Birinci vitse-prezident ilk müşavirəsini keçirdi - Bakı və Sumqayıtdakı köçkünlərə yeni xəbər - YENİLƏNİB
Birinci vitse-prezident ilk müşavirəsini keçirdi - Bakı və Sumqayıtdakı köçkünlərə yeni xəbər - YENİLƏNİB +
09.03.2017, 17:43

Martın 9-da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirə keçirilib.


Modern.az xəbər verir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva müşavirənin doğma torpaqlarından didərgin düşmüş soydaşlarımızın problemlərinin həllinə həsr edildiyini, bu məsələnin artıq 20 ildən çoxdur dövlətin diqqət mərkəzində olduğunu bildirdi. Mehriban Əliyeva Prezident İlham Əliyevin imzaladığı qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına dair Dövlət Proqramının icrası nəticəsində soydaşlarımızın sosial, təhsil, məşğulluq, yaşayış və tibbi təyinatı istiqamətində lazımi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırdı.

Azərbaycanın Birinci vitse-prezidenti qeyd etdi ki, indiyə qədər bölgələrdə məcburi köçkünlər üçün 100-ə yaxın müasir yaşayış kompleksi salınıb, 250 min köçkün yeni mənzillə təmin olunub, salınan qəsəbələrdə 150 məktəb, 60 tibb mərkəzi və uşaq bağçası inşa edilib. Soydaşlarımızın işlə təmin olunması istiqamətində lazımi addımlar atılıb, son 13 ildə yüz minlərlə qaçqın və məcburi köçkün işlə təmin olunub.

Birinci vitse-prezident Mehriban Əliyeva buna baxmayaraq, hələ də bir çox məcburi köçkün ailələrinin qəzalı və yararsız binalarda yaşadığını, onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı işlərin sürlətləndirilməsi üçün əlavə addımların atılmasına ehtiyacın olduğunu dedi.

 

Azərbaycanın Birinci vitse-prezidenti Bakı və Sumqayıt şəhərlərindəki qaçqın və məcburi köçkünlərin yeni mənzillərə köçürülməsinin vacibliyini vurğuladı, bu məqsədlə əlavə vəsaitin və yeni binaların inşası üçün ərazinin ayrılmasının və tezliklə tikinti işlərinə başlanılmasının zəruriliyini qeyd etdi. Onu da bildirdi ki, Bakı və Sumqayıtda inşa olunan yeni binalarda qaçqın və məcburi köçkünlərin köçürülməsi üçün mənzillər ayrılmalıdır.

 

Müşavirədə indiyə qədər qaçqın və məcburi köçkünlərlə bağlı görülən işlər barədə qısa təqdimat oldu. Təqdimatdan da göründüyü kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan iqtisadiyyatına 800 milyard dollardan çox ziyan dəyib. Ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində münaqişə haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırılıb. Məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirən Prezident İlham Əliyev tərəfindən 2003-2017-ci illərdə 55 fərman və sərəncam verilib. 2001-2016-cı illərdə 95 qəsəbə salınıb, 151 məktəb, 58 mədəniyyət müəssisəsi, 59 səhiyyə ocağı və digər infrastruktur obyektləri tikilib. Məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizə enib.

 

Sonra Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış etdilər.

 

Müşavirəyə yekun vuran Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu məsələnin qısa zamanda həlli üçün birgə çalışmağın əhəmiyyətindən danışdı. Mehriban Əliyeva uşaq bağçalarının tikintisi və yenidənqurulması ilə bağlı böyük işlərin görüldüyünü deyərək bəzi hallarda bu bağçaların tam gücü ilə fəaliyyət göstərmədiyini diqqətə çatdırdı. Vurğuladı ki, məsələnin tezliklə həlli üçün Maliyyə Nazirliyi ilə Bakı Şəhər İcra Hakimiyyəti arasında işçi qrup yaradılmalıdır. “Bu gün qarşımızda duran əsas məqsəd Bakı və Sumqayıt şəhərlərindəki 4 min köçkün ailəsini yeni mənzillərlə təmin etməkdir. Ən qəzalı, ən ağır vəziyyətdə yaşayan ailələr tezliklə yeni binalara köçürülməlidir”, - deyən Mehriban Əliyeva bu istiqamətdə müvafiq dövlət orqanları arasında əlaqələndirilmənin aparılması ilə bağlı tapşırıqlarını verdi. Azərbaycanın Birinci vitse-prezidenti qaçqınların və məcburi köçkünlərin işlə təmin olunması istiqamətində rayon icra hakimyyətlərinə təkliflər hazırlamağı tapşırdı. Mehriban Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini tapacağına, ərazi bütövlüyümüzün bərpa olunacağına, bütün qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacağına əminliyini ifadə etdi.

 

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Müsavatda seçki keçirildi - heç kim səs toplaya bilmədi  
21.10.2017, 16:05

Müsavatda seçki keçirildi - heç kim səs toplaya bilmədi  

İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər - AÇIQLAMA   
21.10.2017, 15:48

İntizam Komissiyası Zeynəb Xanlarovanın da məsələsinə baxa bilər - AÇIQLAMA  

İsrail qırıcıları Suriyanı bombaladı
21.10.2017, 15:46

İsrail qırıcıları Suriyanı bombaladı

“O dövrə aid heç bir sənəddə “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsinə rast gəlinmir” - POLEMİKA   
21.10.2017, 15:36

“O dövrə aid heç bir sənəddə “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsinə rast gəlinmir” - POLEMİKA  

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI   
21.10.2017, 15:16

Dünyada ən çox universiteti olan ölkələr və Azərbaycan - SİYAHI  

Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ   
21.10.2017, 15:12

Azərbaycan pomidorlarının Rusiyaya buraxılmamasının SƏBƏBLƏRİ  

Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA   
21.10.2017, 15:10

Dəniz Baykalın səhhəti ilə bağlı yeni AÇIQLAMA  

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib
21.10.2017, 14:40

Vergilər Nazirliyinə işə qəbul imtahanı keçirilib

Məşhur türkiyəli məşqçi: “Qarabağı və “Qarabağ” klubunu çox sevirik”
21.10.2017, 14:23

Məşhur türkiyəli məşqçi: “Qarabağı və “Qarabağ” klubunu çox sevirik”

Bakı-Xarkov-Kiyev avtobus reysinin qiyməti açıqlandı
21.10.2017, 14:20

Bakı-Xarkov-Kiyev avtobus reysinin qiyməti açıqlandı

“Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO   
21.10.2017, 14:12

Qarabağ” azarkeşlərini təhqir edən “Sabah”lı yazar üzr istədi - FOTO  

Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...
21.10.2017, 14:03

Rusiyada kriminal OLAY - Ermənilər bir-birlərini güllələdilər - 2 ölü, 1 yaralı...

Makedoniyalı siyasətçi: ““Sabah” Ermənistan haqda sərt yazmaqla günahını yumalıdır”
21.10.2017, 13:51

Makedoniyalı siyasətçi: ““Sabah” Ermənistan haqda sərt yazmaqla günahını yumalıdır”

Müdriklik zirvəsi - 70 yaş...   
21.10.2017, 13:46

Müdriklik zirvəsi - 70 yaş...  

Prezident mükafatları artırılır - ayda 500 manat   
21.10.2017, 13:27

Prezident mükafatları artırılır - ayda 500 manat  

Azərbaycan diplomatik korpuslara 115,1 milyon manat xərcləyəcək
21.10.2017, 13:14

Azərbaycan diplomatik korpuslara 115,1 milyon manat xərcləyəcək

Başqasının kartını tapdı - bankomatdan 940 manat oğurladı   
21.10.2017, 13:03

Başqasının kartını tapdı - bankomatdan 940 manat oğurladı  

İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu   
21.10.2017, 12:53

İşlədiyi mağazadan 30 minlik mal oğurladı, tutuldu  

Ermənistan hərbçiləri qəzaya düşdülər - iki yaralı...
21.10.2017, 12:42

Ermənistan hərbçiləri qəzaya düşdülər - iki yaralı...

Qarabağda daha iki erməni əsgər öldü   
21.10.2017, 12:40

Qarabağda daha iki erməni əsgər öldü  

Şəmkirdə qətl – Yeniyetmə adam öldürdü
21.10.2017, 12:32

Şəmkirdə qətl – Yeniyetmə adam öldürdü

Arvadını öldürən ər polisə təslim oldu
21.10.2017, 12:28

Arvadını öldürən ər polisə təslim oldu

Zakir Həsənovdan tapşırıq: Düşmən təxribatlarının qarşısı dərhal alınsın! - MÜŞAVİRƏ
21.10.2017, 12:20

Zakir Həsənovdan tapşırıq: Düşmən təxribatlarının qarşısı dərhal alınsın! - MÜŞAVİRƏ

Sabahın PROQNOZU - XƏBƏRDARLIQ
21.10.2017, 12:12

Sabahın PROQNOZU - XƏBƏRDARLIQ

Xaricdəki azərbaycanlı iş adamları niyə Azərbaycana sərmayə yatırmırlar...
21.10.2017, 12:00

Xaricdəki azərbaycanlı iş adamları niyə Azərbaycana sərmayə yatırmırlar...

“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı
21.10.2017, 11:52

“Qarabağ” qrupdan çıxa bilər - UEFA açıqladı

51 keçmiş polis əməkdaşı saxlanıldı    
21.10.2017, 11:45

51 keçmiş polis əməkdaşı saxlanıldı  

Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı
21.10.2017, 11:43

Nazirlik çaylardakı suyun səviyyəsi haqda məlumat yaydı

“Bakıda sürülən maşının üzərindəki emblem Ermənistan bayrağdır” - Rəsmən TƏSDİQLƏNDİ
21.10.2017, 11:32

“Bakıda sürülən maşının üzərindəki emblem Ermənistan bayrağdır” - Rəsmən TƏSDİQLƏNDİ

21.10.2017, 11:25

"Qarabağ"ın rəhbərliyindən Türkiyənin “Sabah” qəzetinə sərt CAVAB  

“Sabah” qəzeti “Qarabağ”a təhqiredici yazını PJB-nin müdaxiləsilə sildi - AÇIQLAMA   
21.10.2017, 11:12

“Sabah” qəzeti “Qarabağ”a təhqiredici yazını PJB-nin müdaxiləsilə sildi - AÇIQLAMA  

Allahın 99 ADI - İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR”   
21.10.2017, 10:36

Allahın 99 ADI - İlahiyyatçı: “O adlar insana bir şərtə qoyula bilər, əks halda böyük GÜNAHDIR”  

Universitetlərin hazırlıq qrupuna qəbul proseduru - Təhsil eksperti ŞƏRH ETDİ   
21.10.2017, 10:23

Universitetlərin hazırlıq qrupuna qəbul proseduru - Təhsil eksperti ŞƏRH ETDİ  

YAP da mitinq keçirəcək?..   
21.10.2017, 10:04

YAP da mitinq keçirəcək?..  

“Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil”   
21.10.2017, 10:01

“Cəzaların yüngülləşdirildiyini vurğulamaq doğru yanaşma deyil”  

ARXİV
SORĞU
Hansı kommunal xidmətin işindən razısınız?
“Azəriqaz”(5.26%)
“Azərişıq”(26.7%)
“Azərsu”(10.5%)
“Azəristiliktəchizat”(2.87%)
Heç biri(54.5%)