Modern.az

MDB xarici işlər nazirləri Kiyevə toplaşır

MDB xarici işlər nazirləri Kiyevə toplaşır

7 Aprel 2011, 11:12

Sabah Ukraynaın paytaxtı Kiyevdə MDB ölkələrinin xarici işlər nazirilər Şurasının iclası keçiriləcək. Modern.az RBK-ya istinadən bildirir ki, tədbir Ukrayna Diplomatik Akademiyasında olacaq.

Nazirlər MDB dövlət başçılarının yaxın aylarda müzakirəsinə veriləcək sənədlərə baxacaqlar.   Onlar arasında təyyarələrin tutulması və qaçırılması zamanı güc strukturlarının informasiya almaq üçün fəaliyyətlərinin kordinasiyası barədə razılıq sazişi və intellektual mülkiyyət haqqında qanun pozuntularına qarşı birgə mübarizə haqqında sənəd var.  XİN rəhbərləri həmçinin MDB ölkələri üzrə vətəndaşların vahid uçot sistemi haqqında layihəni müzakirə edəcəklər.

Görüşdə iştirak etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Iavrov bu gün Kiyevə gedəcək. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun da toplantıya qatılacağı planlaşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!