Modern.az

Erməni Milli Komitəsi Brayzaya qarşı yeni kampaniya elan edib

Erməni Milli Komitəsi Brayzaya qarşı yeni kampaniya elan edib

7 Aprel 2011, 11:22

Amerika Erməni Milli Komitəsi ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzaya qarşı kampaniyaya başladığını bəyan edib. Modern.az “arminfo”-ya istinadən bildirir ki,  Komitə Brayzanın Senatda səfir təsdiq edilməsinə imkan verməyəcəyini elan edib. Komitə ermənilərə seçdikləri senatorlara məktub yazaraq Brayzanı təsdiq etməməyə çağırmaq barədə müraciət edib.

Qeyd edək ki, 27 yanvarda Barak Obama Senatın təsdiqini gözləmədən Metyu Brayzanı Azərbaycana səfir təyin edib. Ermənipərəst sentorların bütün təzyiqlərinə baxmayaraq bu təyinatı gerçəkləşdirən ABŞ prezidenti bununla da ermənilərin qəzəbinə tuş gəlib. Bir il müddətində senat Brayzanı səfir postuna təsdiq etməsə, o zaman səfir geri çağrılacaq.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?