Modern.az

Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi keçiriləcək (QEYDİYYAT DAVAM EDİR)

Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi keçiriləcək (QEYDİYYAT DAVAM EDİR)

Təhsil

8 Aprel 2011, 18:06

Aprelin 9-da Bakıda 2011-ci ilin ən böyük təhsil sərgisi açılacaq. Sərgidə Avstraliya, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə, İsveç, Şimali Kipr, Türkiyə və bir sıra başqa ölkələrin universitetləri iştirak edəcəklər. Ümumilikdə, sərgidə 12 ölkənin 60 ali təhsil ocağı təmsil olunacaq.

Tələbələrə xaricdə sertifikatlaşdırılmış təhsil, MBA proqramları və dil kursları haqda ətraflı məlumatlar veriləcək. Təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri qurumlarda təhsil almaq şərtlərini, ölkələrində tələbələrə nəzərdə tutulan güzəştlər, gündəlik xərclər və s. məsələlərlə bağlı sualları cavablandıracaqlar.

"Diqqətinizə çatdırmaq istəyirik ki, www.a2student.com saytında qeydiyyatdan keçməklə siz sərgiyə növbədə gözləmədən keçə bilər və həmçinin Türkiyədə pulsuz ingilis dili kurslarına (müsabiqə yolu ilə) girmək şansı qazana bilərsiniz".   

Sərgi aprelin 9-10–u, 13:00-dan 18:00-a kimi Hyatt Regency otelində keçiriləcək.

Qeyd edək ki, sərgi Türkiyənin məşhur “Akare International Education Fairs” şirkəti tərəfindən təşkil olunacaq. Sərgidə diplomatik korpus nümayəndələri və dövlət rəsmilərinin iştirakı da nəzərdə tutulur.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır