Modern.az

Qənirə Paşayeva Yaponiya səfirliyinə gedib

Qənirə Paşayeva Yaponiya səfirliyinə gedib

7 Aprel 2011, 13:24

Millət vəkili, Azərbaycan-Yaponiya Parlamentlərarası dostluq qrupunun üzvü Qənirə Paşayeva, Respublika Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərova və təşkilatın bir qrupu üzvü Yaponiyanın Azərbaycandakı səfirliyində olub və səfir Şusuke Vatanabe ilə görüşüblər. Yaponiyada baş vermiş məlum təbii fəlakət və fəlakətin doğurduğu nəticələrlə bağlı öz üzüntülərini çatdıran xanım qonaqlar, səfirin timsalında yapon xalqına başsağlığı diləklərini yetiriblər.

Millət vəkili Qənirə Paşayeva yapon xalqının yaşadığı üzüntünün, keçirdiyi hisslərin Azərbaycan insanına yaxşı tanış olduğunu vurğulayaraq, yaşayış yerlərindən məcburi köşürülmüş ailələrin, əzizlərini, ev-eşiyini itirmiş, məhrumiyyətlərə düçar olmuş insanların dərdinin respublikamızın hər bir vətəndaşında dərin kədər hissi yaratdığını bildirib. O qeyd edib ki, hər nə qədər təbii fəlakət səbəbindən olsa da, Yaponiyada yaşanan faciələr, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarını işğalı nəticəsində son 20 il ərzində Azərbaycanda yaşanan faciələri bir daha göz önünə gətirir. İstər təbii fəlakət nəticəsində, istərsə də düşmən tərəfindən törədilmiş olsun, insan ölümü, dağıntı və irimiqyaslı itkilər insanları düşündürür, bir-birinin dərdinə daha dərindən şərik olmağa  sövq edir və həmrəy qılır.

Şəhid Anaları Cəmiyyətinin sədri Rəfiqə Əsgərovanı da dinləyən səfir bu görüşdən məmnun olduğunu, Azərbaycan dövlətinin və xalqının həssaslığını, yapon xalqına göstərdiyi mənəvi dəstəyi yük­sək qiymətləndirdiklərini bir daha ifadə edib. Ermənitsan-Azərbaycan, Dağlıq Qarabağ mü­naqişəsi, bü münaqişə nəticəsində respublikamızın yaşadığı humanitar problemlər barədə geniş məlumatı ol­duğunu bildirən səfir, xüsusi ilə övladlarını itirmiş anaların, qaçqın və məcburi köçkünlərin hiss-həyəcanını dərindən anladığını, xalqlarımızın və dövlətlərimizin hər zaman haqlı məsələlərdə bir-birlərinə dəstək olduğunu vurğulayıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər