Modern.az

Əli Kərimlinin evi qarşısında növbəti aksiya dağıdılıb

Əli Kərimlinin evi qarşısında növbəti aksiya dağıdılıb

7 Aprel 2011, 13:27

Müxtəlif gənclər hərəkatının üzvləri olan bir qrup gənc bu gün AXCP sədri Əli Kərimlinin yaşadığı binanın qarşısında dəstək aksiyası keçirib. Modern.az-a aksiyada iştirak edən gənclərin verdiyi məlumata görə, məqsəd AXCP sədrinə dəstək aksiyası keçirmək olub. Onlar partiya liderini müdafiə edən bir neçə şüar səsləndirdikdən sonra polis aksiyaya müdaxilə edib.

Aksiya dağıdılıb və gənclərdən  3 nəfəri polis tərəfindən saxlanılıb. Onların hər üçü AXCP üzvləridir.

Qeyd edək ki, artıq bir müddətdir ki, Əli Kərimlinin şəhərin mərkəzində yerləşən evi qarşısında icazəsiz aksiyalar keçirilir. Müxtəlif siyasi qüvvələrə bağlı qruplara daxil olan gənclər AXCP sədrinin əleyhinə şüarlar səsləndirirlər. 

 Bu gün keçirilməli olan aksiya isə həmin aksiyaya qarşı olub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir