23 fevral 2018, Cümə
Ana Səhifə - MEDİA - Jurnalist: “Atam 1 il 26 gündü komadadı, çarəsiz vəziyyətdə qalmışıq”
Jurnalist: “Atam 1 il 26 gündü komadadı, çarəsiz vəziyyətdə qalmışıq”
10.03.2017, 14:27

Jurnalist İmdad Əlizadənin atası Əli Əliyev hələ də komadadır. Həm də bu gün Əli Əliyevin doğum günüdür. 71 yaşı tamam olur.  Jurnalist Modern.az-a açıqlamasında deyib ki, atasının səhhətində ciddi irəliləyiş yoxdur.

“Atam Əli Əliyev 1 il 26 gündü komadadı. Bu müddət ərzində aparılan müalicə və həkimlərin cəhdlərinə baxmayaraq, onun səhhətində ciddi dəyişiklik olmayıb. Düzdür, ilk dövrlərlə müqayisədə cüzi irəliləyişlər var. Çağıranda gözlərini açır, bəzən əlimizdən tutur. Amma həkimlər bunları ciddi dəyişiklik kimi qəbul etmirlər və koma vəziyyətinin davam etdiyini deyirlər. Atamın müalicəsi Bakıdakı "Avrasiya" hospitalında davam etdirilir. "Avrasiya" özəl tibb müəssisəsidir və qiymətlər kifayət qədər yüksəkdir. Xəstəxana rəhbərliyinin bizə bəzi güzəştlər etməsinə baxmayaraq, artıq atamı orada saxlamağa imkanımız qalmayıb. Atam komada olduğu 1 il 26 günün yalnız 8 gününü dövlət xəstəxanasında, qalan müddətdə isə özəl xəstəxanalarda müalicə olunub”.

İmdad Əlizadə atasının özəl xəstəxanada bu qədər müddətə qalmasına görə dəstək olanlara təşəkkür edib.

“Təbii ki, uşaq bağçasında məskunlaşmış məcburi köçkün ailəsinin bu qədər müddətdə özəl xəstəxanada xəstə saxlaması mümkün deyildi və bizim buna heç bir halda imkanımız çatmazdı. Bu, dostların, qohumların köməyi ilə mümkün oldu. Mən bu müddət ərzində bizə dəstək olan insanlara təşəkkür edirəm. Atamı özəl xəstəxanadan dövlət xəstəxanasına aparmaq istədik. Amma heç bir xəstəxana götürmədi. Deyirlər ki, “bir ildən çoxdur komadadı, götürə bilmərik, yerimiz yoxdu” və s. Yaşadığımız yer uçub-dağılmış, zirzəmisi su ilə dolu, özü nəmişlik içində olan uşaq bağçasıdır. Ona görə də atamı aparmağa yerimiz də yoxdu. İndi çarəsiz vəziyyətdə qalmışıq. Həkimlər deyirlər ki, tibbi nöqteyi-nəzərdən nə mümkündürsə, hamısı edilib. Hətta bizim də razılığımızla bir sıra böyük riskli müalicə metodlarından, güclü təsirə malik dərmanlardan istifadə olunub. Həkimlər deyirlər ki, gözləməkdən başqa yol qalmayıb. Amma bu hansısa bir proqnoz və tətbiq olunan müalicə metodlarının necə effekt verəcəyini gözləmək deyil, çarəsizlikdən gözləməkdir”.

Qeyd edək ki, Laçın rayonunda olan müəllim, publisist Əli Əliyev avtomobil qəzasına 2016-cı  il fevralın 14-də uğrayıb. Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonuna qohumunun hüzr mərasiminə gedərkən, “Koroğlu” metrostansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt onu avtomobil vurub. Ağır kəllə-beyin travması alan Əli Əliyev həmin gündən komadadır.

 

Namidə BİNGÖL

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Bakuxeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Axtarışda olan biznesmen həbs edilib
23.02.2018, 16:10

Axtarışda olan biznesmen həbs edilib

"Xocalı dəhşətləri hamımızın yaddaşındadır" - ABŞ səfiri
23.02.2018, 16:04

"Xocalı dəhşətləri hamımızın yaddaşındadır" - ABŞ səfiri

İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirildi
23.02.2018, 15:57

İsa Qəmbər yenidən xəstəxanaya yerləşdirildi

Deputat Universitetə torpaq ayrılmasını təklif etdi
23.02.2018, 15:50

Deputat Universitetə torpaq ayrılmasını təklif etdi

Babək prospektində su xətlərinin çəkilişi mayda yekunlaşacaq
23.02.2018, 15:42

Babək prospektində su xətlərinin çəkilişi mayda yekunlaşacaq

“Bülbülcan” Gürcüstanda
23.02.2018, 15:24

“Bülbülcan” Gürcüstanda

UNEC tələbələrinin ifasında tamaşa: “Xocalısız 26 il” - FOTOLAR
23.02.2018, 15:19

UNEC tələbələrinin ifasında tamaşa: “Xocalısız 26 il” - FOTOLAR

Azərbaycanın axtarışa verdiyi təhlükəli cani Ukraynada yaxalanıb 
23.02.2018, 15:10

Azərbaycanın axtarışa verdiyi təhlükəli cani Ukraynada yaxalanıb 

Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu - FOTOLAR
23.02.2018, 14:58

Xocalılar Avropada - Azərbaycanın “Böyüməyən uşaqlar”ı təqdim olundu - FOTOLAR

Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb - YENİLƏNİB
23.02.2018, 14:57

Mehriban Əliyeva İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb - YENİLƏNİB

Dilimizi sevək, onu uşaqlarımıza sevdirək - FOTOLAR - VİDEO  
23.02.2018, 14:53

Dilimizi sevək, onu uşaqlarımıza sevdirək - FOTOLAR - VİDEO  

Milli qəhrəmanlar: “İlham Əliyevin hücum əmrinə tam hazırıq”
23.02.2018, 14:45

Milli qəhrəmanlar: “İlham Əliyevin hücum əmrinə tam hazırıq”

İraq Türkməneli Partiyası Bakıda müqavilə imzaladı
23.02.2018, 14:40

İraq Türkməneli Partiyası Bakıda müqavilə imzaladı

BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslaşmalar verilib
23.02.2018, 14:35

BDU-nun Hüquq fakültəsinə yeni ixtisaslaşmalar verilib

Xocalı üzərinə hücum 1989-cu ildə planlaşdırılmışdı
23.02.2018, 14:32

Xocalı üzərinə hücum 1989-cu ildə planlaşdırılmışdı

Ziyafət Əsgərov qanun layihəsinə etiraz etdi: “Bunu necə başa düşək?”
23.02.2018, 14:31

Ziyafət Əsgərov qanun layihəsinə etiraz etdi: “Bunu necə başa düşək?”

ADU-da “AXC və qadınlar” mövzusunda dəyirmi masa keçirilib  
23.02.2018, 14:25

ADU-da “AXC və qadınlar” mövzusunda dəyirmi masa keçirilib  

Deputat: “Bizdə benzin bahadır, ona qatqı qatılır”
23.02.2018, 14:20

Deputat: “Bizdə benzin bahadır, ona qatqı qatılır”

Azərbaycan rus jurnalistin adını “qara siyahı”dan çıxardı
23.02.2018, 14:14

Azərbaycan rus jurnalistin adını “qara siyahı”dan çıxardı

Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiqləndi
23.02.2018, 14:00

Şəxsiyyət vəsiqələri ilə bağlı yeni rüsumlar təsdiqləndi

Əli İnsanov əfv ərizəsi yazıb?..   
23.02.2018, 13:55

Əli İnsanov əfv ərizəsi yazıb?..  

“Belə sürücüləri xəttə buraxmaq çox ağır cinayətdir”   
23.02.2018, 13:51

“Belə sürücüləri xəttə buraxmaq çox ağır cinayətdir”  

"Azərbaycan avtomobil yolları 100 il” medalı təsis olundu
23.02.2018, 13:48

"Azərbaycan avtomobil yolları 100 il” medalı təsis olundu

Deputat quzuların kəsilməsinə qarşı çıxdı - “Onlar hələ yetişməlidir”   
23.02.2018, 13:44

Deputat quzuların kəsilməsinə qarşı çıxdı - “Onlar hələ yetişməlidir”  

Sürücülərlə bağlı yeni MADDƏ: parlament TƏSDİQLƏDİ
23.02.2018, 13:33

Sürücülərlə bağlı yeni MADDƏ: parlament TƏSDİQLƏDİ

Deputat bahalaşmaya etiraz etdi
23.02.2018, 13:28

Deputat bahalaşmaya etiraz etdi

Mahmud Abbasın xəstə olduğu təkzib edildi  
23.02.2018, 13:23

Mahmud Abbasın xəstə olduğu təkzib edildi  

Ərdoğan Pentaqonu əxlaqsız adlandırdı
23.02.2018, 13:20

Ərdoğan Pentaqonu əxlaqsız adlandırdı

Amnistiya mayda verilə bilər
23.02.2018, 13:17

Amnistiya mayda verilə bilər

Deputatlar vəkillikdən danışdılar: “O arqumenti qəbul edə bilmərik...”   
23.02.2018, 13:12

Deputatlar vəkillikdən danışdılar: “O arqumenti qəbul edə bilmərik...”  

Milli Məclis Azərbaycanla Türkiyə arasında imzalanan sazişləri ratifikasiya etdi
23.02.2018, 13:09

Milli Məclis Azərbaycanla Türkiyə arasında imzalanan sazişləri ratifikasiya etdi

Rəsmi Bakıdan Niderland parlamentinə ÇAĞIRIŞ
23.02.2018, 13:04

Rəsmi Bakıdan Niderland parlamentinə ÇAĞIRIŞ

Gəncədə tut ağaclarını kəsən şəxs 1500 manat cərimələndi   
23.02.2018, 13:00

Gəncədə tut ağaclarını kəsən şəxs 1500 manat cərimələndi  

Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul etdi
23.02.2018, 12:54

Əbülfəs Qarayev Göyçayda vətəndaşları qəbul etdi

Vəkillərin səlahiyyətləri artırılmalıdır – Deputat məsələ qaldırdı
23.02.2018, 12:49

Vəkillərin səlahiyyətləri artırılmalıdır – Deputat məsələ qaldırdı

ARXİV
SORĞU
Hansı supermarketdən alver edirsiniz?
“ARAZ” marketləri(14.7%)
“Bazarstore”(8.82%)
“Neptun” marketləri(2.94%)
“Favorit” marketi(7.35%)
“Makromarket”(2.94%)
“Bizim market”(1.47%)
“Rahat market”(2.94%)
“Bravo” marketləri(11.7%)
“Oba market”(10.2%)
Heç biri - digər mağazalar(36.7%)