Modern.az

İctimai Palatanın Hacıbala Abutalıbova müraciəti hazırdır

İctimai Palatanın Hacıbala Abutalıbova müraciəti hazırdır

Təhsil

7 Aprel 2011, 13:38

Müxalifətin mitinqə şərait yaradılması ilə bağlı Bakı şəhəri İcra Hakimiyyətinə ünvanlayacağı müraciət hazırdır. Bu barədə Modern.az-a İctimai Palatanın bununla bağlı müəyyən etdiyi nümayəndə heyətinin üzvü Aqil Səmədbəyli bildirib.

Onun sözlərinə görə, şəhər rəhbərliyi kütləvi aksiyalar üçün 20-ə yaxın yer ayırıb və bu yerlərdən biri ilə əlaqədar İctimai Palataya ilə müzakirə aparmaq istəsələr qurum BŞİH-lə görüşə gedəcək.
“Biz şəhər rəhbərliyi ilə bu meydanlarla bağlı müzakirə apara bilərik”-deyə A. Səmədbəyli vurğulayıb.

Qeyd edək ki, 2 aprel aksiyasından sonra İctimai Palatanın Koordinasiya Şurası mitinqlərə şərait yaradılması üçün Bakı şəhəri İcra Hakimiyyətilə danışıqlar aparılması qərarına gəlib. BŞİH ilə danışıqlar aparılması üçün KŞ üzvləri Mehriban Vəzir və Aqil Səmədbəyli nümayəndə təyin edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır