Modern.az

“Televiziyalar bizdən maddiyyat istəməsinlər” - Repçinin FƏRYADI

“Televiziyalar bizdən maddiyyat istəməsinlər” - Repçinin FƏRYADI

Mədəni̇yyət

10 Mart 2017, 16:28

Bir zamanlar, xüsusən də 2000-ci illərin əvvəllərində Azərbaycanda repə maraq az qala, pik həddinə çatmışdı. Xüsusi rep yarışmaları tərtib olunurdu ki, Uran, Kölgə, Ramzes, Dado kimi sonradan tanınan repçilər oradan çıxdılar. Həmçinin “Dəyirman”, “Klanaplan”, “Host” və s. kimi qruplar gənclərin marağını özünə cəlb edə bildi.

Lakin son bir neçə ildə bu sahədə açıq-aşkar passivlik hiss olunur. Azərbaycanda repin ilk nümayəndələrindən hesab edilən Anar Nağılbaz Modern.az saytına açıqlamasında bunu aşağıdakı səbəblərlə əlaqələndirib:

“Passivliyin səbəbini televiziya kanallarından soruşun. Soruşun ki, sizlərə hazır materiallar təqdim olunsa belə, replə bağlı proqramlara niyə yer verilmir?

Azərbaycan gəncləri dünyada nömrə bir və istedadlıdırlar. Gənc nəsil repçilərin peşəkarlıq səviyyəsindən artıqlaması ilə razıyam.

Verilişlərə ildə 1-2 dəfə çağırıb işıqlandırmaqdansa, bizə dəstək olsunlar, maddiyyat istəməsinlər. Heç olmasa, efir versinlər ki, öz verilişimizi çəkib təqdim edək. Rep gənc və sevilən mədəniyyətdir. Rep yaxın ölkələrdə qaz vurub qazan doldurur, amma bizdə istedadlı gənclərimiz çox olsa da, qabağa getmir. Bunu sual etmək lazımdır!  Deməli, ya qarşısını alanlar var, qabağa getməyini istəməyənlər var, ya da bu mədəniyyətin təşkilatlanacağından qorxanlar....”.


E.Nazimoğlu

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır