Modern.az

Binəqədi rayonunun hərbi komissarı həbs olunub

Binəqədi rayonunun hərbi komissarı həbs olunub

7 Aprel 2011, 13:58

Bakının Binəqədi rayon hərbi komissarı həbs edilib.

Hüquq-mühafizə orqanlarındakı etibarlı mənbə Trend-ə bildirib ki, Binəqədi rayon hərbi komissarı Feyzi Ağabəyov barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.

Onun hansı cinayətdə ittiham olunduğu hələlik açıqlanmır.

Binəqədi rayon Hərbi Komissarlığından Trend-ə bildirilib ki, hazırda komissarlıqda Respublika Hərbi Prokurorluğu tərəfindən yoxlama aparılır.

Hərbi komissarın səlahiyyətini müvəqqəti olaraq Mehman Qurbanov icra edir.

Ağabəyov bundan əvvəl Masallı rayonunda hərbi komissar kimi çalışıb.

Bakı Hərbi Məhkəməsindən verilən məlumata görə, Ağabəyov rüşvət alma və hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə etmə, hakimiyyət həddini aşma cinayətlərində ittiham olunub.

Məhkəmənin qərarı ilə hərbi komissar barədə 2 aylıq həbs qərarı çıxarılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi