18 noyabr 2017, Şənbə
Ana Səhifə - MEDİA - "Sosial media açılmayan qapıların açarıdır" 
"Sosial media açılmayan qapıların açarıdır" 
10.03.2017, 21:38

Son illər respublikamızda onlayn media inkişaf etməkdədir. Xəbər saytlarının ardınca internet televiziyalar da populyarlıq qazanır. Belə televiziyalardan biri də bu gün 5 yaşını qeyd edən "Kanal24" internet televiziyasıdır. İnternet televiziyasının rəhbəri Tural Əhmədov ad günləri öncəsi "Turkustan.info"ya  müsahibə verib. Həmin müsahibəni təqdim edirik. 

 

- 5 il… Az bir müddət deyil. 5 ildir ki, siz sosial mediada demək olar ki, öz sözününzü deməyi bacarmısınız və tamaşaçı kütləsi qazanmısınız. Necə yarandı "Kanal 24"?

- Bilirsiniz, jurnalist olmaq dünyadakı ən şərəfli peşələrdən birinə sahib olmaq deməkdir. Ona görə ki jurnalist həm də bir səlnaməçidir. Onlar gördüklərini, yaşadıqlarını tarixin yaddaşına yazır və lentə köçürürlər. Uşaqlıqdan bu sahəyə yaranan həvəs, maraq və istək jurnalist peşəsini mənə sevdirdi və məndə “mütləq jurnalist olacam” fikri artıq bir məqsədə çevrildi. Qarşımda duran hədəf və məqsədlərə çatmaq üçün tək bir istəyim var idi: jurnalist olmaq. Zaman keçdi və bu istək reallaşdı. Jurnalistika fakültəsinə daxil olduğum gün ömrümə yazılan bəlkə də ən xoş gün idi. Çünki həyatımı başqa bir yönə dəyişəcək arzuma çatmışdım demək olar ki.

Təhsil aldığım ali məktəbdə ilk jurnalist fəaliyyətimə başladım və universitetin divar kağızını hazırlamaq mənə tapşırıldı. Həyatımda ilk dəfə sevdiyim peşə üzrə fəaliyyətə başlamışdım, təbii ki, böyük həvəs və qürurla. Tələbə-müəllim münasibətləri, sosial yönümlü məsələlər, gündəlik problemlər haqqında maraqlı yazılarla divar qəzetində fəaliyyət göstərirdim. Bir haşiyəyə çıxım, hətta tələbələrdən qiymət üçün şirinlik alan müəllimlərin karikaturalarını da çəkib divar qəzetində göstərirdim. Daha sonra “Üç nöqtə” qəzetində fəaliyyət göstərməyə başladım. Bir müddət bu qəzetdə işlədikdən sonra tale məni “Respublika” qəzetinin baş redaktoru ilə qarşılaşdırdı və mən bu qəzetlə əməkdaşlığa başladım. Burada da bir müddət fəaliyyət göstərdikdən sonra mən Milli Məclisin mətbu orqanı olan “Azərbaycan” qəzetində fəaliyyətə başladım və bu mənim həyatımda daha böyük addımlar atmağıma təkan verən bir fəaliyyət oldu. Daha sonra “İki Sahil” qəzetində çalışdım. Hörmətli Vüqar Rəhimzadə ilə birgə çalışmaq mənim sonrakı media fəaliyyətimdə xüsusi təsir buraxıb. Beləliklə, qəzetdə ictimai-siyasi şöbədə yazılar yazıb fəaliyyətimi davam etdirirdim. Burada işlədiyim müddətdə azad mediayaya olan həvəsim məni internet televiziyası sahəsinə gətirdi. Daha sonra “Azərbaycan” qəzeti ilə yollarımı ayırıb internet medianın sirlərini, dərinliklərini, çətinliklərini öyrənərək bu sahədə fəaliyyətə başladım və müstəqil bir media qurmaq qərarına gəldim. İlk dəfə 2012-ci ilin fevral ayının 27-də 12kv-lıq bir ofisdə “Kanal24-Azərbaycan” adı ilə fəaliyyətə başladıq. Daha sonra bu ad “Kanal24”lə əvəzləndi. 2012-ci ilin mart ayının 10-da "Kanal24" bir internet televiziyası kimi fəaliyyətə başladı. Həmin ilin noyabr 5-də isə televiziyanın saytını: "Kanal24.az" istifadəyə verdik. Budur artıq 5 illiyimizi qeyd edirik. Düzdür, maddi çətinliklərimiz çox olub və bu bizim fəaliyyətimizə bəzən mane də olurdu. İlk əvvəllər kamera olmadığından sujetlərimizi telefonla çəkirdik. Bütün bunlara baxmayaraq geri çəkilmək haqda fikirləşmir, daim irəliyə – inkişafa, gələcəyə inamla addımlamağı düşünürdüm. İndiki kimi yadımdadır, ilk dəfə 2013-cü ilin may ayının 4-də kamera aldım. Bu gün ömrümə yazılan dəyərli bir gündür. Çünki arzularıma bir addım daha yaxınlaşmışdım. Artıq texniki avadanlıqlarımız 1 kamera, 1 kompüter və 1 mikrafondan ibarət idi. Siz təsəvvür etmirsiniz bunlar mənim üçün nə demək idi. Min bir əziyyətlə də olsa arzularımı reallığa çevirirdim. O dövrdən indiyə kimi müasir səviyyədə xalqa xidmət etmək üçün sayt üzərində bir çox yeniliklər aparılıb və  bu gün inkişafımız göz önündədir. İlk əvvəl heç kəsin qəbul etmədiyi "Kanal24" zaman keçdikcə ölkənin ictimai-siyasi həyatında mühüm rol oynamağa başladı və bir sıra siyasətçilər, dövlət xadimləri kanalımıza müsahibə verməyə başladı. Bu bizim uğurumuz idi. Çünki qısa bir zaman kəsiyində əldə etdiklərimiz artıq bizim də qəbul olunduğumuza bariz nümunə idi.

 

- Niyə məhz "Kanal 24"?

- "Kanal24" adının seçilməsi heç də təsadüfi deyil. Bu bizim 24 saat fəaliyyətdə olduğumuzun göstəricisidir.

- Tural müəllim, bəs kanalın fəaliyyəti dövründə hər hansı bir layihə və proqramlarınız olubmu?

- Bəli, ilk proqramımız “Biznes Həftəsi” verilişi oldu və bu veriliş ilk gündən maraqla qarşılandı. Daha sonra “Baxış bucağı”, “Sosial dostlar”, “Ordan-burdan”, “Kino və biz” və bu kimi başqa tele-layihələrimizə start verildi. Bir müddətdən sonra “Kanal24 Production” fəaliyyətə başladı və hazırda da uğurla işimizi davam etdiririk. Burada reklamlar, sosial çarxlar və başqa sahələrdə fəaliyyətimiz genişmiqyaslı şəkildə davam edir.

- "Kanal24" bu səviyyəyə gəlib çatana qədər hansı maneələrlə üzləşmisiniz?

- Təbii ki, heç bir işin qurulması asan deyil. İnsanın qarşısına bir çox maneələr, çətinliklər çıxır, həmçinin bizim də. Dəfələrlə haker hücumlarına məruz qalmışıq, onminlərlə-daha deqiq desek 54000 izləyicisi olan "Youtube" səhifəmiz şikayət edilib, profillərimiz sındırılıb. Amma buna baxmayaraq geriyə çəkilməmişik.Çünki komanda olaraq bir məqsədə,bir amala qulluq edirik.Dövlət tərəfindən heç bir maddi dəstək olunmur,nə ediriksə daxili imkanlar çərçivəsində edirik.Təbii bu da bir sıra çətinliklər yaradır. Amma dediyim kimi biz daim gələcək haqqında fikirləşirik.

- "Kanal24"ün fəaliyyəti onu göstərir ki, siz artıq sosial media aləmində kifayət qədər tanınırsınız. Bu fikirlə razısınızmı?

- Ümumiyyətlə, sosial media açılmayan qapıların açarıdır. Bu qapının açarı da biz saytların, televiziyaların öhdəsinə düşür. Sosial  media insanlar arasında sosial ünsiyət yaratmaq, məlumatları paylaşmaq, operativ formada informasiyanı çatdırmaq kimi əhəmiyyətli məna kəsb edir. Bu baxımdan sosial media sahəsində fəaliyyət göstərmək olduqca mühüm işdir. Sosial medianın bir qolu da internet  televiziyasıdır. İnformasiyanı bölüşmək, müzakirəyə çıxarmaq üçün internet televiziyasının xidmətlərini danmaq olmaz. Ümumiyyətlə, internet fikir dünyamızın virtual formasıdır deyə bilərik. "Kanal24" olaraq bu  sahədə öhdəmizə düşən işləri layiqincə yerinə yetirdiyimizi düşünürəm. "Kanal24" sosial məsələləri həmişə ön plana çıxarıb. Problemləri, sosial məsələləri həmişə qərəzsiz, heç kəsin haqqını tapdalamadan işıqlandırmağa çalışmışıq. Biz "Kanal24" olaraq dövlətə həmişə sadiq qalmışıq, ölkəmizin haqq səsini dünyaya çatdırmağı özümüzə borc bilmişik. Bizim üçün ən başlıca məqsəd vətənə, dövlətə xidmət olub. Gəlin, bir şeyi də unutmayaq ki, dövlətimiz həmişə azad mediaya diqqət, qayğı göstərib. Bunun nəticəsidir ki, ölkəmizdə yüzlərlə sayt fəaliyyət göstərir. İstər ölkə, istərsə də dünya xəbərləri olsun biz həmişə bütün məsələlərə həssaslıqla yanaşaraq,  operativ xəbərlərlə izləyicilərimizin görüşünə gəlmişik.

 

 

- Hazırda kanalınız hansı verlişlərlə izləyicilərini sevindirir?

 – Kanalımız üçün ən uğurlu proyekt Səadət Şükürovanın ideya müəllifi olduğu “Qürbətdə Vətən” proqramıdır. Proqramın məhz "Kanal24" vasitəsilə yayımlanması sevindiricidir. Çünki bu proqram İsrail və Azərbaycan arasında mədəni əlaqələrin sürətli inkişafına təkan verir və xalqlarımızı bir-birinə daha da yaxınlaşdırır Gələcəkdə proqram dünyanın bir çox ölkələrində çəkiləcək. Bununla da qürbətdə yaşayan soydaşlarımızla daha da yaxın olacayıq. Onların həyat və fəaliyyətləri haqqında izləyicilərimizə daha geniş və dolğun məlumat verəcəyik.

“Biznes həftəsi”, “Baxış bucağı”, “Zəhmətkeş İnsanlar” və digər proqramlarımız  sevilərək izlənilir. Hər zaman izləyicilərimizin rəğbətini qazanmaq, onları məmnun etmək əsas hədəf və məqsədimizdir.

- Gələcək perspektivlərinizdə nələr var?

 – Ən başlıca məqsəd peykdə yayınlanmaq, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq, bu yolda irəliyə getmək və qarşıya qoyulan məqsədə çatmaqdır. Bir sıra layihələr, planlar var və yaxın gələcəkdə bunlar haqqında məlumat verəcəyik. Daha geniş ofisdə, müasir avadanlıqlarla böyük uğurlara imza atmaq qarşıda duran məqsədlər sırasındadır.

 

Modern.az


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ
18.11.2017, 18:01

Ucqar kəndin gənc müəllimi - “Burda hər günüm bir macəradı” - LAYİHƏ

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi
18.11.2017, 17:09

Türkiyənin əfsanəvi atleti Naim Süleymanoğlu vəfat etdi

Ermənistan ordusunda “dedovşina”   
18.11.2017, 16:33

Ermənistan ordusunda “dedovşina”  

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu
18.11.2017, 16:31

Lənkəran-Lerik bölgəsində zəlzələ oldu

Erməni boksçu hərbi hissədə əsgərləri döyür
18.11.2017, 16:26

Erməni boksçu hərbi hissədə əsgərləri döyür

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR
18.11.2017, 16:20

Prezident qocaman YAP-çılara fərdi təqaüd, fəxri ad verdi - ADLAR

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi
18.11.2017, 16:14

“Çelsi” klubu “Qarabağ”ın ayırdığı biletlərdən imtina etdi

İki nəfərə “Əməkdar jurnalist” adı verildi
18.11.2017, 16:09

İki nəfərə “Əməkdar jurnalist” adı verildi

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI
18.11.2017, 16:05

Prezident tanınmış YAP-çıları təltif etdi - SİYAHI

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”   
18.11.2017, 15:48

Dini Komitənin sədr müavini: “Dini kimliyimiz milli kimliyimizə qarşı qoyulur”  

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT
18.11.2017, 15:42

Elmira Əmrahqızının adı niyə əbədiləşdirilməsin?.. Mərhum jurnalistlə bağlı TƏQDİMAT

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq   
18.11.2017, 15:32

Azərbaycanda peşə məktəbləri 3 cür olacaq  

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR
18.11.2017, 15:29

Zaqatalada ilk dəfə Fındıq festivalı keçirilib - FOTOLAR

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb
18.11.2017, 15:21

Azərbaycanın “Dubay Ekspo 2020”də iştirakı haqqında müqavilə imzalanıb

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır
18.11.2017, 15:09

Qalmaqallı sənəd Milli Məclisə çıxarılır

Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi  
18.11.2017, 15:02

Mətbuat Şurası "reket" KİV-lərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi  

Qarabağı qaytarmaq yox, Qarabağa qayıtmaq lazımdır
18.11.2017, 14:33

Qarabağı qaytarmaq yox, Qarabağa qayıtmaq lazımdır

Zakir Həsənov döyüş atışlarını izlədi   
18.11.2017, 13:48

Zakir Həsənov döyüş atışlarını izlədi  

Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı
18.11.2017, 13:42

Nazir jurnalisti təhqir edən direktoru cəzalandırdı

Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə ÇAĞIRDI   
18.11.2017, 13:40

Deputat Səhiyyə Nazirliyini Qarabağ əlilinə köməyə ÇAĞIRDI  

Sumqayıtda qadını qətlə yetirən şəxs tapıldı
18.11.2017, 13:33

Sumqayıtda qadını qətlə yetirən şəxs tapıldı

Qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı
18.11.2017, 13:16

Qızıl-zinət əşyaları oğurlayan şəxs yaxalandı

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çıxıb
18.11.2017, 13:08

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 46-cı kitabı çıxıb

Bəzi İcra hakimiyyətləri bələdiyyələri saymır - Deputatdan NARAZILIQ  
18.11.2017, 12:57

Bəzi İcra hakimiyyətləri bələdiyyələri saymır - Deputatdan NARAZILIQ  

Vətəndaşların ən çox aldadıldığı SAHƏLƏR   
18.11.2017, 12:42

Vətəndaşların ən çox aldadıldığı SAHƏLƏR  

Sabahın hava PROQNOZU
18.11.2017, 12:21

Sabahın hava PROQNOZU

Hövsanda maşınlardan oğurluq edənlər saxlanılıb - FOTOLAR
18.11.2017, 11:57

Hövsanda maşınlardan oğurluq edənlər saxlanılıb - FOTOLAR

“Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçiriləcək
18.11.2017, 11:53

“Avropa Azərbaycanlılarının Qarabağ Forumu” keçiriləcək

Dünənki zəlzələ Ağdama hansı ziyanı vurdu? - Rəsmi AÇIQLAMA   
18.11.2017, 11:48

Dünənki zəlzələ Ağdama hansı ziyanı vurdu? - Rəsmi AÇIQLAMA  

Ermənistanı etiraz aksiyaları bürüyür - Orduda baş verənlər cavabsız qalır...   
18.11.2017, 11:43

Ermənistanı etiraz aksiyaları bürüyür - Orduda baş verənlər cavabsız qalır...  

Azərbaycanlı deputatlar MDB PA-nın iclaslarında çıxış etdilər
18.11.2017, 11:32

Azərbaycanlı deputatlar MDB PA-nın iclaslarında çıxış etdilər

Tanınmış araşdırmaçı Gəncənin icra başçısından kömək istədi   
18.11.2017, 11:23

Tanınmış araşdırmaçı Gəncənin icra başçısından kömək istədi  

Dünyanı ürəkləri ilə görənlərin kitabxanasından REPORTAJ   
18.11.2017, 10:48

Dünyanı ürəkləri ilə görənlərin kitabxanasından REPORTAJ  

Azərbaycanda mənasız adətlər niyə artır...   
18.11.2017, 10:29

Azərbaycanda mənasız adətlər niyə artır...  

“Putinin yoluna bomba yerləşdirilib” - Anonim zəng   
18.11.2017, 10:17

“Putinin yoluna bomba yerləşdirilib” - Anonim zəng  

ARXİV