Modern.az

ABŞ Küveytə qoşun yerləşdirmir

ABŞ Küveytə qoşun yerləşdirmir

10 Mart 2017, 21:56

ABŞ Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı mübarizə məqsədilə Küveytdə min hərbçinin ehtiyat qüvvə olaraq yerləşdirmək barədə qərar qəbul etməyib. Modern.az "Trend"ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə Pentaqonun nümayəndəsi Kristofer Şervur çıxış edib.

Qeyd edək ki, bir müddət öncə bəzi KİV-lərdə Tramp Administrasiyasının Küveytə min hərbçinin göndərilməsi imkanını araşdırması barədə məlumat yayılmışdı.

Pentaqon nümayəndəsi məhz həmin informasiyalarla bağlı bildirib ki, belə bir qərar yoxdur: "Əlavə qoşun yerləşdirilməsi barədə heç bir qərar yoxdur. Hazırda biz İŞİD-in məhv edilməsi üzrə əməliyyatların sürətləndirilməsi üçün bir neçə variantını nəzərdən keçiririk".

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir