Modern.az

Bakıda müəllimlərin psixoloji durumu öyrənilib

Bakıda müəllimlərin psixoloji durumu öyrənilib

7 Aprel 2011, 14:48

Təlim - təriyə və tədris prosesinin uğurlu nəticəsi üçün müəllimlərin bilik və bacarıqları ilə yanaşı, onların psixoloji durumları də əsas şərtlərdən biridir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin «Bakı Təhsili» qəzeti müəllimlərin psixoloji durumunun öyrənilməsi üçün onlar arasında testin keçirilməsini təmin edib.
Modern.az-ın məlumatına görə, peşəkar psixoloqlar tərəfindən hazırlanmış testlərə bir neçə məktəbdən aralarında kişilərin də olduğu ümumilikdə 26 müəllim cəlb edilib. Respondentlərimizin hüququnu qorumaq məqsədilə şifrələrdən istifadə edilib. Hər bir test iştirakçısı özü üçün dörd rəqəmdən ibarət şifrə seçərək kimliyi barədə məlumatı başqalarından gizli saxlamaq imkanına malik olub.
Testə cəlb edilən 26 müəllim iki psixoloqun fərqli aspektlərdə hazırladığı suallara cavab verməli olub. Psixoloq Mehparə Şirinovanın hazırladığı birinci testdə 20, psixoloq Bənövşə Nəcəfovanın hazırladığı ikinci testdə isə 15 sual əksini tapıb. Müəllimlər onlara verilən müddət ərzində test suallarını cavablandırıblar. Respondentlərin xasiyyətini, davranış xüsusiyyətini müəyyənləşdirməyə imkan verəcək suallar maraqla qarşılanıb. Respondentlər arasında yüksək bal toplayanlarla yanaşı, aşağı nəticə göstərənlər də olub. Belə ki, testə cəlb edilənlərdən 4 nəfəri aşağı, 13 nəfəri orta,  9 nəfəri  isə yaxşı nəticə göstərib.

Hər iki testin nəticələrinin bir - biri ilə müqayisəli təlili göstərib ki, yüksək bal toplayanlar arasında da bəzən bədbinliyə qapılanlar var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?