Modern.az

Mahmud Abbas ABŞ-a dəvət olunub

Mahmud Abbas ABŞ-a dəvət olunub

Aktual

11 Mart 2017, 00:12

ABŞ prezidenti Donald Tramp Fələstin lideri Mahmud Abbası Ağ Evə dəvət edib. Modern.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Fələstin liderinin nümayəndəsi Nabil Əbu Rudeyn bəyan edib: "Bu gün Donald Tramp ilə Mahmud Abbas arasında telefon danışığı olub. Söhbət zamanı ABŞ prezidenti Fələstin liderini Ağ Evə dəvət edib".

Bundan əvvəl Donald Tramp Vaşinqtonda İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşdə Yaxın Şərq probleminin həllində maraqlı olduğunu bəyan edib. Trampın qənaətinə görə, BMT qətnamələrinə baxmayaraq, İsrail-Fələstin münaqişəsinin həlli yolu vahid dövlətin yaradılmasından keçir.

 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi