Modern.az

Prezident həmsədrləri qəbul etdi - İqor Popov sülh danışıqlarına çağırdı - YENİLƏNİB 

Prezident həmsədrləri qəbul etdi - İqor Popov sülh danışıqlarına çağırdı - YENİLƏNİB 

Qarabağ

11 Mart 2017, 12:15

Azərbaycan Prezidenti İlham Əliyev martın 11-də ATƏT-in Minsk qrupunun həmsədrləri Stefan Viskontini, İqor Popovu, Riçard Hoqlandı və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

***

Modern.az saytının məlumatına görə, rusiyalı həmsədr İqor Popov bildirib ki, Minsk qrupunun tərkibində ABŞ və Fransadan yeni həmsədrlərin olmasına baxmayaraq, təmsil etdikləri ölkələrin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair mövqeləri dəyişməz qalır və həmsədr ölkələr tezliklə əsaslı sülh danışıqlarının başlanmasını istəyirlər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir