Modern.az

Türkiyə-Niderland qalmaqalı BÖYÜDÜ: polis türk naziri saxladı - FOTO

Türkiyə-Niderland qalmaqalı BÖYÜDÜ: polis türk naziri saxladı - FOTO

Dünya

12 Mart 2017, 00:17

Türkiyə ilə Niderland arasında qalmaqal daha da böyüyüb.

 

Modern.az saytının xarici KİV-ə istinadən xəbərinə görə, Rotterdam şəhərində içərisində Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betülün də olduğu avtomobil polis tərəfindən saxlanılıb.

 

Bu barədə Niderlandın “"Er-te-ve Reynmond" telekanalı məlumat yayıb.

 

Bildirilib ki, xanım nazir bundan əvvəl Niderland hökumətinin Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinə enmə icazəsi verməməsi səbəbindən, bu ölkəyə Almaniyadan avtomobil ilə gedib.

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Niderlandı ziyarət edə bilməyib.

Niderland  hakimiyyəti sanksiyalar təhlükəsinə baxmayaraq, onun təyyarəsinə öz ərazisində enməyə icazə verməyib və mitinqi ləğv edib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə buna görə daha da hiddətlənib.

“Sən istədiyin qədər nazirimizin təyyarəsinə icazə vermə, görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək”-deyə bildirib.  

Ərdoğan bu hərəkəti edən Niderland hökumətini faşist adlandırıb: 

                                            

"İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizin ölkənizə qarşı dönəcək".

 

Aqşin KƏRİMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!