Modern.az

Zibilin altında qalaraq ölənlərin sayı 46-ya çatdı

Zibilin altında qalaraq ölənlərin sayı 46-ya çatdı

Dünya

12 Mart 2017, 21:57

Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində zibil yığınının sürüşməsi nəticəsində həlak olanların sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 46 nəfərə çatıb.

Qeyd edək ki, ilkin məlumatda hadisə zamanı 35 nəfərin öldüyü, həmçinin 28 nəfərin xəsarət aldığı bildirilirdi. Şəhərin hakimiyyət orqanları rəsmilərinin məlumatına görə, ölənlərin çoxu uşaqlar və qadınlardır. 

Qeyd edək ki, sürüşmə zamanı hadisə yerində təxminən 150 nəfər olub. Hakimiyyət orqanı təmsilçiləri ölənlərin sayının artacağını istisna etmirlər.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir