Modern.az

Baş katib Türkiyə Hollandiya arasındakı gərginlikdən danışdı

Baş katib Türkiyə Hollandiya arasındakı gərginlikdən danışdı

Dünya

12 Mart 2017, 22:21

Avropa Şurasının baş katibi Turbern Yaqland son günlər Türkiyə ilə Hollandiya arasında yaşanan gərginliyə münasibət bildirib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Yaqland Avropa Birliyi ölkələri ilə Türkiyə arasında dialoqun qurulmasının vacib olduğunu vurğulayıb.

Turbern Yaqland qeyd edib ki, bu durum demokratiya və diplomatikaya zərər verir: “Ölkə xaricində və daxilində yaşayan türk vətəndaşları konstitusiya dəyişikliyi ilə bağlı yetərli məlumat almalıdır. Eyni zamanada referendum təşviqatı aydın, ədalətli və əhatəli olmalıdır. Həmçinin Türkiyə rəsmiləri ilə xarici həmkarları arasında dialoq şəraitində fikir həmrəyliyi olmalıdır. Bundan əlavə, lazımi hazırlıqlar üçün də vaxt verilməlidir”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir