Modern.az

Dəməşqdəki terrorda 74 nəfər öldü

Dəməşqdəki terrorda 74 nəfər öldü

12 Mart 2017, 23:01

Suriyada törədilən terrorda ölənlərin sayı açıqlanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, paytaxt Dəməşqdə baş verən iki terror aktında ölənlərin sayı 74 nəfərə çatıb.

Məlumatda bildirilir ki, ölənlərin əksəriyyəti şiə təriqətinə məxsus İraq vətəndaşlarıdır. Hələlik hadisəyə görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

 

Qeyd edək ki, hadisə paytaxt yaxınlığındakı məzarlıqda baş verib. Dindarları daşıyan avtobuslarda partlayıcı qurğuların işə düşməsi nəticəsində habelə onlarla insan xəsarət alıb.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər