Modern.az

Sarkisyan, Qarabağ və baş nazirə olan qısqanclıq – rus ekspert izah edir

Sarkisyan, Qarabağ və baş nazirə olan qısqanclıq – rus ekspert izah edir

12 Mart 2017, 23:31

“Ermənistan prezidenti Serj Sarkisyanın Parisə etdiyi səfər və bundan sonra Moskvaya nəzərdə tutulan səfəri Qarabağ münaqişəsi ətrafındakı vəziyyət fonunda müzakirə edilə bilər. Amma əsas mövzu bu deyil, çünki Ermənistanın daxilində hökm sürən vəziyyət, seçkilər Sarkisyanın gələcək planlarının prioritetidir. Onun öz planlarını reallaşdırmaq, dövlət başçısı qalmaq üçün kömək alması əhəmiyyətlidir”.

 

Modern.az saytının məlumatına görə, bunu Ermənistanın 1in.am analitik portalına müsahibəsində rusiyalı politoloq Aleksandr Skakov bildirib.

 

Onun sözlərinə Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllinda az rola malikdir. Xüsusilə Avropa Birliyinin bu konfliktin həlli üçün aktivləşəcəyindən danışmaq yersizdir.

 

“Ona görə ki, Avropa Birliyinin özündə problemlər var. İndi əsas qarşıda duran hədəf Amerika ilə münasibətləri qaydaya salmaqdır. Fransa prezidenti Fransua Olland çətin ki, Qarabağ probleminin həlli ilə məşğul ola biləcək”-deyə ekspert qeyd edib.

 

Aleksandr Skakovun fikrincə, Sarkisyan dövlət başçısı postunda qalmaq istəyir və buna baxmayaraq Ermənistanın baş naziri Karen Karapetyanın da şansları böyükdür.

 

“Karapetyana həm ölkə daxilində, həm də Moskvada ümid yeri qoyublar. Amma hesab edirəm ki, bu ümidlər Sarkisyanda qısqanclıq yaradır. Onun baş nazirin rolunun artırılması xoşuna gəlmir”.  

 

Ermənistanın yeni konstitusiyasına əsasən, aprelin 2-də keçiriləcəyi gözlənilən parlament seçkilərindən sonra ölkənin yarım prezident idarəetmə üsulunun əvəzinə parlament idarəetmə sisteminin tətbiq ediləcəyi nəzərdə tutulur.

Eyni zamanda yeni konstitusiyanın bir sıra müddəaları 2018-ci il aprel ayından sonra, Serj Sarkisyanın son prezidentlik müddəti başa çatdıqdan sonra tətbiq edilməyə başlayacaq.

 

Yeni Konstitusiyaya görə prezident dövlət başçısı hesab edilir. Lakin konstitusiya həyata keçirildikcə, 101 üzvdən ibarət Milli Məclis ölkənin əsas hakimiyyət orqanına çevriləcək.

Ölkə prezidenti ümumxalq seçkiləri vasitəsilə deyil, Milli Məclis tərəfindən seçilir.

 

Aqşin KƏRİMOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi