26 may 2017, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - Bakı restoranlarının “bayram sürprizi” - qaz vurub qazan doldurmaq...
Bakı restoranlarının “bayram sürprizi” - qaz vurub qazan doldurmaq...
13.03.2017, 14:24

Bir neçə gündən sonra ölkədə Novruz bayramı təntənəli şəkildə qeyd olunacaq. Artıq bayram bazarlıqları edilib, evlərdə milli şirniyyat növləri bişirilir...

Bəzi insanlar bayram axşamını daha rəngarəng keçirmək üçün restoranlara üz tuturlar. Di gəl ki, restoranlar müştərilərə əsl bayram “sürprizi” etməyi də çox ustalıqla bacarır.

Adi günlərdə təqdim olunan menyulardakı qiymətlər bayram günü fərqli və şişirdilmiş rəqəmlərlə müşayiət olunur. Yəni restoranlar bayram axşamları müştərilərə “fərqli xidmət” göstərir. Təbii ki, xüsusi günlərdə bir çox restoran, otel və iaşə obyektlərində yanlış qiymət siyasətinin həyata keçirilməsi müştərilərin haqlı narazılığına səbəb olur.


Maraqlıdır, niyə bayram və xüsusi günlərdə restoran rəhbərləri süni qiymət artımına yol verirlər?

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov Modern.az-a açıqlamasında deyib ki, bayram günlərində süni qiymət artımına yol verilməsi kökündən yanlışdır.

“Bakıdakı bəzi restoranlar bayram günləri turistlərin və yerli müştərilərin çox olması ilə əlaqədar qiymətlərdə süni qaldırımlar edirlər. Buna otellərin nəzdində fəaliyyət göstərən restoranlarda da təsadüf olunur. Bu, səhv tənzimlənmədir. Əslində, qiymətləri süni artırmağa yox, xidmətin keyfiyyətinə fikir verməlidirlər. Menecmentlik, idarəçilik çox səhv yoldadır. Səriştəsiz işlə məşğuldurlar. Ancaq pul barədə  fikirləşirlər. Başa düşmürlər ki, menecmentliyin qanunlarından biri odur ki, sən yüksək səviyyədə xidmət göstərərsənsə, turist və qonaq məmnun olarsa, pul özü gələcək.

Bayram günlərində də süni qiymət artımları çox olur. Restoranlarda, ictimai iaşə müəssisələrində, otellərdə turistlərin çox gəlməsinə görə qiymətləri qaldırmaq anlayışı böyük səhvdir. Bu menecmentliyə, idarəçiliyə zərbə vurur”.

Ekspert bildirib ki, bayram günləri xarici ölkələrə üz tutan yerli müştərilər əslində, süni qiymət artımından baş götürüb gedirlər.

“Götürək yaxın Gürcüstanı. Azərbaycanlı turistlər oradakı qiymətləri görüb Gürcüstana can atırlar. Yerli turistlər görür ki, bayram günləri Bakıda və regionlardakı restoranlar qiymətləri qaldırır, onlar da bilet alıb başqa ölkəyə üz tuturlar. Əgər qiymət münasib olarsa, süni artım olmazsa, restoran rəhbəri özbaşınalıq etməzsə, otel menecerləri səriştəli olarsa, yerli insanlar hansısa xarici ölkəyə üz tutmazlar. Təsadüfi adamların otellərə, restoranlara rəhbərlik etməsi qiymət artımına gətirib çıxarır. Ona görə də qiymət siyasətinə bir daha baxılmalıdır. Əgər turist cəlb etmək istəyirlərsə, xidmətin keyfiyyətinə önəm verməlidir. O zaman restoranlara üz tutanların sayı çox olacaq. Xüsusilə bayram günləri restoranlar çox yanlış və xoş olmayan siyasət həyata keçirirlər”.



Namidə BİNGÖL


Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
25.05.2017, 23:44

Mosul raket atəşinə tutulub: 101 ölü

25.05.2017, 23:28

ABŞ-da helikopter qəzaya uğrayıb

25.05.2017, 23:15

Sabiq müstəntiq kitab yazır

25.05.2017, 23:01

Almaniya kansleri Ərdoğandan jurnalisti azad etməyi xahiş edib

25.05.2017, 22:46

31 İŞİD silahlısı zərərsizləşdirilib

25.05.2017, 22:33

Komputer oğrusu belə yaxalandı - VİDEO

25.05.2017, 22:18

Paytaxtda ağır qəza

25.05.2017, 22:04

Masallıda 35 ev qəzalı vəziyyətə düşdü: sakinlər evakuasiya olunur

25.05.2017, 21:34

Sabiq baş nazirin avtomobili partladıldı

25.05.2017, 21:17

Türkiyədə Azərbaycan vətəndaşı saxlanılıb

25.05.2017, 21:05

Azərbaycan neft hasilatının azaldılmasına razılaşdı

25.05.2017, 20:51

Avtobus qəza törətdi: bomj öldü

25.05.2017, 20:37

Dənizdə kişi meyiti tapıldı: İtkin neftçilərdən ola bilər

25.05.2017, 20:29

Dağlıq Qarabağdakı status-kvo kövrəkdir

25.05.2017, 20:14

Gürcüstana  elektrik enerjisinin idxal-ixracı dayandırılıb

25.05.2017, 20:01

Mingəçevir su anbarında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB

25.05.2017, 18:51

Azərbaycanın İsveçrədəki səfiri geri çağırılıb

25.05.2017, 18:46

Azərbaycanda helikopterlərə texniki xidmət servisi mərkəzi yaradılacaq

25.05.2017, 18:40

Türkiyə ordusu 7 hərbçisini itirdi

25.05.2017, 18:34

Prezident Mahmud Nəbiyevə “Əməkdar hüquqşünas” fəxri adı verib

25.05.2017, 18:29

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:23

İlham Əliyev Gürcüstan prezidentini təbrik edib

25.05.2017, 18:19

Abbasəli Novruzovu “Şöhrət” ordeni ilə təltif edib

25.05.2017, 18:14

Aydın Əliyev “Şöhrət” ordeni ilə təltif edilib

25.05.2017, 18:10

Rumıniya nümayəndə heyəti ADU-da olub

25.05.2017, 18:02

Öldürüləndə çantasında bir köynək və diş fırçası olan baş nazir - Tanımadığımız NƏSİB BƏY

25.05.2017, 17:48

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

25.05.2017, 17:45

Putindən İlham Əliyevə TƏBRİK: "Ölkəniz nüfuz qazanıb"

25.05.2017, 17:43

Şimali Kipr məktəblərində Azərbaycan tarixi tədris olunacaq

25.05.2017, 17:32

Ali məktəbələrə 2-ci qəbul və orta məktəblər üzrə buraxılış imtahanlarının tarixləri AÇIQLANDI

25.05.2017, 17:30

Hesablama Palatasının sədri 2016-cı ildə dövlət büdcəsinin icrası vəziyyətindən DANIŞDI

25.05.2017, 17:25

Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb

25.05.2017, 17:23

“Azərbaycana qarşı Sumqayıt təxribatı. Qriqoryanın işi” kitabı Türkiyədə nəşr olundu

25.05.2017, 17:22

Tanınmışların “Son zəng” XATİRƏLƏRİ: “Məni oynamağa məcbur etdilər”

25.05.2017, 17:21

Təhsil Nazirliyi: “Kurrikulum ləğv oluna bilməz”

ARXİV