Modern.az

9-cuların buraxılış imtahanındakı qayda pozuntuları AÇIQLANDI

9-cuların buraxılış imtahanındakı qayda pozuntuları AÇIQLANDI

13 Mart 2017, 18:16

Martın 12-də respublikanın 33 rayonunda 9-cu sinif şagirdləri üçün buraxılış imtahanının birinci mərhələsi, 23 rayonunda ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirilib.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzadə Modern.az-a açıqlamasında deyib ki, imtahan qaydalarına zidd hərəkətlərə yol verdiyinə görə  bir şagirdin nəticəsi ləğv olunub.

“Dünən keçirilən buraxılış  imtahanı zamanı nöqsan aşkarlanıb. Belə ki, bir şagird  imtahan qaydalarını pozaraq imtahana mobil telefonla daxil olub. Nəzarətçilər tərəfindən şagirdin üzərində dərhal mobil telefon aşkarlanıb. Şagird dərhal imtahandan xaric edilib. İmtahan nəticələri ləğv olunub.

 

Digər bir hal da baş verib. Bir şagirdin yerinə başqası imtahana gəlib. Daha dəqiq desək, sənədlərin saxtalaşdırılması baş verib.

Üç belə hal var ki, həmin o hallar da araşdırılır. Bu hadisənin hər ikisi  Ağcabədi rayonunda baş verib”.

 

Namidə BİNGÖL

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir