Modern.az

Türkiyə Avropa İttifaqı ilə razılaşmaya yenidən baxa bilər

Türkiyə Avropa İttifaqı ilə razılaşmaya yenidən baxa bilər

Dünya

13 Mart 2017, 20:15

"Türkiyə qaçqınlarla bağlı Avropa İttifaqı (Aİ) ilə razılaşmalara yenidən baxa bilər. Çünki qaçqınların Avropadan geri qəbulu, Türkiyə ilə viza rejiminin aradan qaldırılması, eləcə də miqrantları yerləşdirdiyi üçün bu ölkəyə 3 milyard avronun ayrılması kimi məsələlərin yer aldığı razılaşmalara Aİ əməl etmir. Bu səbəbdən də Türkiyənin qurum qarşısında heç bir öhdəliyi yoxdur". Modern.az xarici mediaya istinadən xəbər verir ki, belə bir açıqlama ilə Türkiyənin Avropa İttifaqı işləri üzrə naziri Ömər Çelik çıxış edib.

Nazirin sözlərinə görə, indiyə qədər Türkiyənin qaçqın siyasəti sadəcə insanlıq prinsipinə əsaslanıb. Amma bundan sonra problemə, xüsusilə də qaçqınların quru yolu ilə Avropaya keçməsi məsələsinə yenidən baxılmalıdır.

Qeyd edək ki, türkiyəli nazir belə bir açıqlama ilə Niderlandla yaşanan son gərginlikdən sonra çıxış edib. Baş verənlərlə bağlı rəsmi Ankara Niderland hökümətindən Türkiyədən rəsmi olaraq üzr istəməsini tələb etsə də, Niderland hökuməti bu addımı atmayıb.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!