Modern.az

Hitlerin müəllifi olduğu yeni rəsm əsəri         

Hitlerin müəllifi olduğu yeni rəsm əsəri             

13 Mart 2017, 21:36

İtalyanın şimalındakı Brescia şəhərində yerləşən “Sal O” muzeyində  Vittorio Sgarbinin rəhbərliyi ilə  “çılğın siyasətçilər” adlı sərgi açılıb.  Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, sərgidə Hitlerin də əsəri nümayiş etdirilib.

Hansı tarixdə qələmə alındığı bilinməyən Hitler fırçasını sənətkarlıq baxımından qiymətləndirən sərgi rəhbəri, sənət tənqidçisi və TV şərhçisi Vittorio Sgarbi  rəsm haqqında fikirlərini bele ifadə edib: "Bu rəsm ümüdsüz birinin əsəridir və sanki Kafka tərəfindən edilmiş kimi. Burada onun (Hitlerin) böyüklüyünü deyil, səfalətini görürəm. Diktatordan daha çox  zavallı bir insanın əsərinə bənzəyir. Eyni zamanda  dərin bir melanxolik ruhu ortaya qoyur".

Qeyd edək ki, İtalyan mətbuatında yayımlanan xəbərlərə görə sözü gedən  bu adsız şəkil daha əvvəl heç bir yerdə  sərgilənməyib.

 

Aida İSAQ

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq